0
Tuesday 20 August 2013 - 16:17

Sanksiyaların hədəfi İranda rejimi dəyişməkdir

Story Code : 294198
Sanksiyaların hədəfi İranda rejimi dəyişməkdir
ABŞ Konqresinə bağlı "Hill" mərkəzi "Sanksiyalar üçün ən riyakar səbəb" adlı məqalədə konqresin müharibə tərəfdarı olan üzvlərini tənqid edib və bildirib ki, İrana qarşı sanksiyaların sərtləşdirilməsi diplomatik həll yolu əldə edilməsi şansını aradan aparır. Məqalənin müəllifi Camal Əbdidir.
 
Bu yazının əvvəlində oxuyuruq: İran nüvə zəminəsində razılıq əldə edilməsi ilə bağlı müsbət addımlar atıb. Amma İrana qarşı müharibə tərəfdarları bu ölkəyə qarşı sanksiyaları sərtləşdirməklə rəsmi Tehranla əldə edilə biləcək razılığa mane olurlar.
 
Məqalədə Həsən Ruhaninin “ədalət” şüarı ilə hakimiyyətə gəlməsinə işarə edilir və bildirilir ki, o nüvə məsələsini həll etmək üçün konstruktiv addımlar ardıncadır.
 
Yazar bildirir: “Bu hadisələr İranın həqiqətən də nüvə silahına sahib olmamasından əmin olmaq istəyənlər üçün bir fürsətdir və onu dəyərləndirməlidirlər. Bununla belə hələ də ifratçı neokonservatorların sanksiyaların şiddətləndirilməsi ilə bağlı çağırışlarına və qərəzli mövqelərinə şahid oluruq. Eliot Engel və Mark Kirk uyğun qrupa daxildir. Onlar ötən həftə Wall Street Journal-da bildiriblər ki, İrana qarşı daha ağır sanksiyalar tətbiq edilməsə bu ölkə nüvə ölkəsinə çevriləcək.
 
Əbdi məqalənin davamında yazır: “Eyni zamanda “Foundation for Defense of Democracies”, “The Israel Project”, “AIPAC” kimi təşkilatlar İslam Respublikasına qarşı yeni sanksiyaların təsdiqlənməsinə çalışırlar. Bu sanksiyaların tətbiq ediləcəyi təqdirdə İranla bağlı vəziyyət Qərblə razılaşma əldə edilməsini istəməyənlərin xeyrinə dəyişəcək.
 
Amma nə üçün ilk növbədə İranda mötədil şəxsləri İran siyasətində aparıcılıqdan uzaqlaşdıran, ikincisi İranın nüvə proqramını məhdudlaşdıra biləcək son fürsətləri puç edən və nəhayət Dünya Birliyinin İran müqabilində məğlub olmasına gətirib çıxaracaq sanksiyalar təsdiqlənməlidir?
 
Bu sualın cavabı çox sadədir. ABŞ-ın İraqla əsl problemi kütləvi qırğın silahları ilə bağlı deyildi. İraqa hücumdan illər sonra ABŞ rəsmi şəkildə elan etdi ki, bu ölkədə kütləvi qırğın silahlarına rast gəlinməyib. Elə onların İranla olan düşmənçilikləri də əslində nüvə silahları ilə bağlı deyil. İfratçılar İrandan nüvə silahı əldə etməyəcəyi ilə bağlı zəmanət almaq fikrində deyillər. Senator Kirkin yaxınlarından olan Lindsey Graham bir müddət öncə bildirmişdi ki, İrana hücumla bağlı planı var və qarşıdakı iki ay ərzində onu təqdim edəcək. Müharibə tərəfdarları ümid edir ki, İrana qarşı daha bir mərhələ sanksiyalar tətbiq edilərsə İranla sonuncu və ən yaxşı razılaşma yolu bağlanacaq və onlar “Növbəti İraqı yaratmaq üçün İrana yollanaq” planını icra edəcəklər.
 
Yazar bildirir ki, bütün bunlara baxmayaraq hələ də konqresdə bir çoxları İranla razılıq əldə edilməsi zəminində yaranmış fürsətdən istifadə etmək niyyətindədirlər. Elə bu səbəbdən Nümayəndələr Palatasının 131 üzvü Obamaya məktub ünvanlayaraq ondan İranla müzakirələrin yeni mərhələsinə start verməsini istədilər və bildirdilər ki, birtərəfli və çoxtərəfli sanksiyalar elə bir şəkildə olmalıdır ki, İran onun müqabilində bir sıra gözəçarpacaq, əhəmiyyətli güzəştlərə getsin. Kirk özü də bildirir ki, həmkarları İrana qarşı sanksiyaların yeni mərhələsinin tətbiq edilməsi təklifini müsbət qarşılamayıblar.
Comment