0
Monday 2 September 2013 - 14:42

Suriyanın Azərbaycana nə dəxli var?

Əliyev rejimi ABŞ və İsrailə çox arxayındır
Story Code : 297824
Suriyanın Azərbaycana nə dəxli var?
Suriyanın Azərbaycana nə dəxli var?
Son bir neçə gündə dünya mətbuatında olduğu kimi yerli mətbuatda da əsas müzakirə mövzularından biri də ABŞ-ın Suriyaya hərbi müdaxiləsidir.

Hamı hansısa tarixi açıqlamaqla ABŞ-ın Suriyaya girəcəyini iddia edir, ABŞ hakimiyyətinin belə bir axmaq qərar qəbul edəcəyini deyə bilmərəm, bu vaxta qədər isə az qan tökmədiyini də dünya bilir, ona görə Obama Konqresin icazəsi olmadan da Suriyaya hərbi müdaxilə üçün əmr verəcəyini qəti inkar etmək çətindir.

Suriyanı nahaq yerə xatırlatmadım, ola bilər Azərbaycandan çox uzaqda olan Suriyanın Azərbaycana heç bir aidiyyatı olmadığını düşünənlər olsun, ancaq bəzi araşdırmaçı jurnalistlərin cəmiyyətə təqdim etdikləri yazılarda iddia olunur ki, Əsəd hakimiyyəti ABŞ-ın birbaşa hərbi müdaxiləsinə məruz qaldığı təqdirdə İsrail və ABŞ-ın yaxın strateji müttəfiqi Azərbaycanın təhlükəsizliyi sual altına düşür.

Artıq bununla bağlı hakimiyyətə xidmət edən bəzi mətbuat orqanları da cəmiyyəti bu istiqamətdə kökləyirlər, məsələyə ondan başlayblar ki, elə avqustun 17-də Xəzərdəki “Bulla” qaz yatağında baş verən adi yanğın hadisəsi deyil, bu İranın Azərbaycana qarşı terror aktıdır.

Bu barədə məlumatları bir qərb diplomatına istinadən verən mətbuat orqanı verdiyi məlumatlarda bildirir ki, Suriyaya qarşı qərbin hərbi əməliyyatı zamanı İran da ABŞ və İsrailin müttəfiqlərinə qarşı terror aktları törədəcək, Azərbaycan da İsrailin ən yaxın müttəfiqi olduğu üçün İranın belə bir hücumundan sığortalanmayıb.

Hələlik, ABŞ-ın Suriyaya qarşı birbaşa hərbi əməliyyatı olmadığı üçün və bu barədə yalnız söz söhbət getdiyi üçün xəbərdarlıq mesajı kimi İran yalnız Xəzərdəki yataqların birini partladaraq yanğın törədib, ancaq Əsəd hakimiyyəti aviazərbələrə məruz qalarsa o zaman İran bu terror aktlarını Bakıda törədə bilər. Bu planda Rusiya da İrana dətək verəcəyi gözlənilir. Bütün bunlar həmin qərb diplomatının iddialarıdır. Bu cür fikirlərin hansısa bir qərb diplomatı tərəfindən səsləndirilməsinin səbəbi qaranlıq qalır.

Məqsədini isə bir neçə versiya ilə izah etmək olar. Əgər qərb öz müttəfiqlərindən ötrü narahatdırsa və bu cür iddialarda əmindirlərsə onda Suriyaya müdaxilə etməməlidir. Məlumatda iddia olunan proqnozlara gəlincə isə bunu demək olar ki, qərb niyyətindən olan fitnələri həyata keçirməkdə məqsədlidir, digər tərəfdən də Azərbaycana özünü müttəfiq kimi göstərdiyi üçün bu cür məlumatlarla guya xəbərdarlıq etmiş olur.

Ancaq anlaya bilmirlər ki, bu xəbərdarlıq onların fitnələrinin cavabı ola biləcək addımların qarşısını ala bilməz. O da ola bilər ki, əliyev rejimi qərbin istəyi ilə cəmiyyətdə belə fikirləri aşlamaq istəyir ki, İran Azərbaycana qarşı terror edə biləcək qədər təhlükəlidir, bu fikirləri aşlamaqla öz hakimiyyətini qoruyub saxlamaq niyyətindədir. Çünki hamı İlham Əliyevi İrana qarşı sərt mövqey tutmağına yaxşı bələddir, hakimiyyətin qənaətinə görə, əgər İlham Əliyev hakimiyyətdə qalarsa və Suriya ABŞ-ın təcavüzünə məruz qalarsa İran Azərbaycana qarşı cəbhə tutmayacaq, çünki belə bir addımı İlham Əliyev cavabsız qoya bilməz.

Bu cür fikirləri əliyev rejimi təkcə cəmiyyətdə deyil, həm də beynəlxalq aləmdə aşlamaqdadır. Digər tərəfdən əminliklə demək olar ki, əliyev rejimi ABŞ və İsrailə çox arxayındır, onların dəstəyini daima görür, Azərbaycanda İsrailə verilən hərbi aerodromların işinə yaraya biləcəyini düşünür. Hələlik, yalnız gərginlik höküm sürür, ABŞ prezidenti Obamanın hücum əmrinin dəqiq tarixi açıqlanmasa da regiondakı cəmiyyətlər təlaş içindədir.
Source : İslamtimes
Comment