0
Wednesday 4 September 2013 - 14:05

ABŞ müxalifəti dəstəkləyir?

Bu diplomatlar heç də İlham Əliyevi sərt tənqid etməyib
Story Code : 298499
ABŞ müxalifəti dəstəkləyir?
ABŞ müxalifəti dəstəkləyir?
ABŞ-ın “New York Times” qəzetində, aralarında bu ökənin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də olmaqla bir neçə diplomatının rəyi əsasında hazırlanmış məqalədə Cənubi Qafqaz regionunda siyasi və geosiyasi vəziyyətə toxunulub.

Amerikalı diplomatların fikirlərinə baxsaq, görərik ki, regionda gərginlik artıb ki, azalmayıb, bunun isə əsas səbəbi geosiyasi maraqlardan doğsa da, Cənubi qafqaz respublikalarındakı hakimiyyətlərin birbaşa məsuliyyətinə aiddir.

Riçard Kozlariç axır zamanlar Azərbaycanla bağlı tez tez mətbuata çıxır, fikirlərində də başqa qərb diplomatlarından fərqli olaraq İlham Əliyevi tərifləmir, əksinə az da olsa tənqid edir, hansı ki, o da başqaları kimi, İlham Əliyevdən milyonlarla dollar alıb tərifləyə bilərdi. Bu cür çıxışlar və ABŞ mətbuatındakı bu cür yazılar müxalifəti ruhlandırır, onlara mənəvi dəstək verir, bu vaxta qədər özünü kənara atılmış hesab edən Azərbaycan müxalifəti indi bir balaca dəstək qazana biləcəyi ümidlərə meyl edib.

Yazıdan belə anlaşılır ki, İlham Əliyevin qurduğu rejimi, zalım hakimiyyəti qərbdə Azərbycandan daha yaxşı tanıyırlar. Azərbaycan müxalifətinin liderləri isə bu yazını əlindən al bayraq edib açıqlama verirlər ki, qərb onları dəstəkləyir, İlham Əliyevin isə hakimiyyətdə qalmasına tənqidi yanaşır.

Əlbəttə bu cür yanaşma doğru deyir, birincisi bu diplomatlar heç də İlham Əliyevi sərt tənqid etməyib, sadəcə olaraq həmiş dedikləri fikirləri səsləndiriblər, bu cür fikirlərə tez tez rast gəlmək olar. İkincisi də bu o demək deyil ki, qərb müxalifəti dəstəkləyir, İlham Əliyevi isə yox, əksinə biz görürük ki, ABŞ-ın Azərbaycandakı hazırkı səfiri Riçard Morninqstar İlham Əliyev hakimiyyəti haqqında son dərəcə ehtiyatla danışır, heç də ABŞ və Azərbaycan münasibətlərinə xələl gətirəcək fikirlər səsləndirmir. Müxalifət isə özü üçün qurduğu xəyallarda heç bir əsas olmadan ABŞ-ın dəstəyini hiss edir. Diplomatların ABŞ hakimiyyətinə Azərbaycanda demokratik dəyişiklikləri dəstəkləməsi çağrışı isə növbətçi bir çağrışdır, bu onlar üçün daimi addımdır.
Source : İslamtimes
Comment