0
Saturday 3 July 2010 - 15:20

Sionist rejimin fələstinlilərə qarşı qeyri-insani hərəkətləri davam edir

Story Code : 29924
Sionist rejimin fələstinlilərə qarşı qeyri-insani hərəkətləri davam edir
Bu məlumata əsasən sionist rejim hərbçiləri Qəzzə zolağının mühasirəsindən əlavə İordan çayının qərb sahilində irqçi ayırıcı divarı inşa etməklə qərb sahili sakinlərinə qarşı incidici hərəkətlərini daha da kəskinləşdiriblər. Bu rejimin fələstinlilərin mühasirəsi sahəsindəki qeyri- insani hərəkətləri İordan çayının qərb sahilinə qədər genişlənmişdir.

Qəzzənin mühasirəsinə qarşı ictimai komitə də bu bölgənin sionist rejim tərəfindən mühasirəsinin davam etdirildiyini bildirib. Komitə qeyd edib ki, sionist rejim Qəzzəyə yüklərin girişinə maneçilik törətməklə bu bölgənin mühasirəsini praktiki olaraq daha da gücləndirib.

Xəbərlərin bildirdiyinə əsasən, sionist rejim qırıcıları və bu rejim hərbçilərinin Qəzzəyə hücumları davam etməkdədir. Sionist rejim qırıcıları ötən bir neçə gün ərzində bir neçə dəfə Qəzzənin müxtəlif məntəqələrini bombardman ediblər.

BMT dəfələrlə sionist rejimin Fələstin məntəqələrində məhvedici hərəkətlərinə görə nigarançılıq etmişdir.

Sionist rejimin Qəzzəyə qarşı təcavüzkar xarakterli hərəkətlərinin davam etməsi elə bir şəraitdədir ki, bu rejim 2005-ci ildə Fələstin xalqının müqaviməti qarşısındakı uğursuzluqlarından sonra Qəzzədən geri çəkilməyə məcbur oldu. Sionist rejimin 2000-ci ildə Livanın cənubunda işğal etdiyi böyük ərazilərdən geri çəkilməsindən sonra bu dəfəki geri çəkilmə bu rejim üçün biabırçı məğlubiyyət hesab olunur.

Sionist rejim Qəzzədən geri çəkildikdən sonra müxtəlif yollarla onu yenidən işğal etmək niyyətində olub. Buna görə də sionist rejimin Qəzzəyə və Fələstinin digər məntəqələrinə ölümcül hücumları davam edir. Bu məsələ sionist rejimin mahiyyətinin təcavüzkarlıq və müstəmləkəçiliyə əsaslandığı həqiqətini nümayiş etdirir.

Sionist rejimin Qəzzəyə qarşı yeni hücumları bu rejimin sülh arxasınca olmadığını bəyan edir. Eyni zamanda bu rejimin viranedici hərəkətləri və regionda sabitliyi bir-birinə vurmaqla fələstinlilərə qarşı yeni müharibə alovlarını şölələndirmək niyyətindədir. Belə bir şəraitdə beynəlxalq ictimaiyyətin sionist rejim qarşısında passiv mövqeyi səbəb olub ki, Fələstin xalqının cinayətkar sionist rejim tərəfindən qırğını davam etsin.
Source : IRIB
Comment