0
Friday 13 September 2013 - 19:04

AİP-ın qərarı acizlikdən doğub?

Ədalət partiyasının yetkilisi islamçıların yarasına duz basmağı da unutmayıb .
Story Code : 301512
AİP-ın qərarı acizlikdən doğub?
AİP-ın qərarı acizlikdən doğub?
İslam partiyasının prezident seçkilərində İlyas İsmayılovun namizədliyinin dəstəklənməsi ilə bağlı qərarından ötən günlərdə bəhs etdik, həmin şərhdə bir qədər nigarançılığımızı da sətraltı qeyd etmişdik, hətta elə düşündük ki, yəqin başqa kimsə bu mövzuya əhəmiyyət verməz, diqqtə yetirməz, zaman ötdü və başqalarının səssiz qalacağı haqqındakı qənaətimizdə yanıldığımız şahid olduq.

Bu günlərdə politoloq kimi təqdim olunan İlkin Bağırov adlı bir şəxsin AİP-in qərarı haqqında münasibəti mətbuatda yayılıb. Belə bir politoloqu kimdən soruşdumsa heç kəs tanımadı, jurnalistlərin arasında da onu tanıyan görmədim, sonra anladıq ki, politloq kimi təqdim olunan İlkin Bağırov elə Ədalət partiyasının üzvlərindəndir.

Məsələ şəxslərdə deyil, söhbət kimin tanınan olmasından və ya olmamasından da getmir, mövzumuz ötən yazımızda qeyd etdiyimiz nigarançılıqdır ki, bunu elə bu politoloq da ancaq özünəməxsus fitnəli fikirlərlə və başqa sifətdə qeyd edir. Politoloqun fitnəli fikirlərindən belə çıxır ki, islamçılar bu vaxta qədər səhv yolda olublar, hicabı müdafiə etməklə, İslami dəyərləri qorumaqla, haqqı nahaqa satmamaqla düzgün iş tutmayıblar, indi isə zalım və haqqa düşmən olan hakimiyətə loyal münasibət göstərən partiya liderini dəstəkləməklə haqq yoluna qayıdıblar.

Amma, onların seçkiyə heç təsiri ola bilməz, siyasi güc kimi ölkədə tanınmırlar, həm də zəif olduqları üçün hakimiyyətin özünü olmasa da ona loyal olan bir siyasətçinin ətəyindən yapışıblar, heç hakimiyyət də islamçılara imkan vermir ki, birbaşa iqtidarın ətəyindən yapışsınlar. Fikrinin sonunda Ədalət partiyasının yetkilisi islamçıların yarasına duz basmağı da unutmayıb qeyd edir ki, İslam partiyasının prezidentliyə namizədi olmadığı üçün məcbur qalaraq, acizanə şəkildə İlyas İsmayılova dəstək verib.

Sözsüz ki, politoloqun islamçıların haqqı, hicabı müdafiə etməsi ilə bağlı dediyi fikirlər fitnədən başqa bir şey deyil, ancaq İlyas İsmayılova dəstək vermələrini bu cür şərh etməsi ciddi siqnaldır. Bu o deməkdir ki, AİP-nın İlyas İsmayılovu dəstəkləməsi ilə bağlı verdiyi qərarda bizim gördüyümüz qüsuru təkcə biz yox başqaları da gördü, dost da, düşmən də, bundan da betəri odur ki, İlyas İsmayılov və sədri olduğu Ədalət partiyasının üzvləri islamçıların bu qərarını məcburiyyətdən doğan, acizlik nümunəsi kimi qəbul edirlər.
Source : Islamtimes
Comment