QR CodeQR Code

Problemlərimizi amerikalılardan daha yaxşı bilirik!

6 Jul 2010 13:38

İslamtimes.org / Deyerler - ABŞ dövlət katibinin Azərbaycana səfəri barədə fikirlərini bölüşən, politoloq, Qərb universitetinin professoru Fikrət Sadıqov deyib:


ABŞ dövlət katibinin Azərbaycana səfəri barədə fikirlərini bölüşən, politoloq, Qərb universitetinin professoru Fikrət Sadıqov deyib: “Mən lap öncədən də hesab etmirdim ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ilə bizim bütün problemlərimiz öz həllini tapacaq. Guya ki, Klinton özündən sonra Azərbaycanda bir dənə olsun problem saxlamayacaqdı. Bunlar hamısı sadəcə gözlənti idi ki, hər halda dünyanın aparıcı dövlətlərindən birinin xarici siyasət idarəsinin rəhbəri səfər edirdi. Lakin, onun səfərinin Azərbaycanda bütün problemləri həll edəcəyini söyləmək, sadəcə qeyri-ciddi və reallıqdan kənardır.”(vesti.az)
Fikrət Sadıqov əlavə edib:
“Vacibi odur ki, dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının, Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılmasının vacibliyini vurğuladı. Lakin, onun jurnalistlər qarşısında çıxışında hansısa ikilik və ziddiyətlik sezilirdi. O bildirdi ki, Dağlıq Qarabağ problemi güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında nizamlanmalıdır. Bu, böyük dövlətin nümayəndəsinin iki münaqişə tərəfini - təcavüzkar və qurbanı xatırlatmadan bərabər tutmasıdır. Bu – narazılıq və qıcıq yaradır.
“Klintonun gənclər və jurnalistlərlə görüşü də təəccüb doğurur. Biz, öz problemlərimizi amerikalılardan daha yaxşı bilirik. Bizə ABŞ-dan məsləhət deyil, torpaqlarımızın azad edilməsində real kömək lazımdır. O bizə Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyi tövsiyyə edir. Mənə sadəcə maraqlıdır: bu danışıqlar hələ neçə il davam etməlidir?”, - deyə F.Sadıqov bildirib.
Öz növbəsində politoloq Vəfa Quluzadə də hesab edir ki, Klintonun Azərbaycana səfərini uğursuz kimi dəyərləndirmək olar. “ABŞ Qarabağ münaqişəsini nizamlaya bilməz. Amerikalılar Rusiya ilə Dağlıq Qarabağın 7 rayonunda erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlı razılığa gəlib. Buna baxmayaraq Dağlıq Qarabağın özü ermənilərin əlindədir. Moskva guya ki, bu plana razı olub. Lakin, erməni tərəfi isə, Dağlıq Qarabağ üçün müvəqqəti statusda təkid edir. Azərbaycan isə, heç bir zaman Dağlıq Qarabağa hər hansı statusun verilməsinə razı olmayacaq”, - deyə politoloq qeyd edib.


Story Code: 30248

News Link :
https://www.islamtimes.org/az/fori_news/30248/problemlərimizi-amerikalılardan-daha-yaxşı-bilirik

Islam Times
  https://www.islamtimes.org