0
Thursday 19 September 2013 - 23:11

Fransa nüfuzuna xatir Suriyaya hücuma dəstək verir

Story Code : 303483
Fransa nüfuzuna xatir Suriyaya hücuma dəstək verir
Associated Press yazır: Parisin şimalında məxfi bir mərkəzdə xeyli radar quraşdırılıb. Bu mərkəzdə küçələri tankla dolu, binaları dağıdılmış Dəməşqin xəritələri mövcuddur. Fransanın kəşfiyyat mərkəzində belə faktların mövcudluğu göstərir ki, Paris Suriyaya nə qədər həssasdır. Fransa prezidenti Fransua Olland Barak Obamadan fərqli olaraq hələ də Suriyaya hücum üzərində təkid göstərir. Bunun bir səbəbi Suriyanın bir zaman Fransanın müstəmləkəsi olmasıdır. Paris Suriya ilə bağlı hərbi və diplomatik imkanlarını nümayiş etdirməyə çalışır. Fransanın Suriyaya hücum üzərində təkidinin başqa səbəbləri də var. 
 
Osmanlı imperiyasının süqutundan və birinci dünya müharibəsi başa çatandan sonra Yaxın Şərqdə yeni situasiya yarandı. Bu işdə Fransanın xüsusi rolu var. Paris üçün Suriya və Livanın xüsusi əhəmiyyəti var. Bu da maraqlıdır ki, Livan və Suriya əhalisinin böyük bir hissəsi fransızca danışa bilir.
 
Fransa Livanla daha yaxın əlaqədədir. Paris Suriya böhranının Livana keçməsini istəmir. 
 
Suriya ilə Fransa arasındakı rabitələr səbəb olub ki, ifratçı fransızlar özlərini Suriyada göstərə bilir. Fransa daxili işlər naziri Manuel Vals bildirir ki, hazırda Bəşar Əsədə qarşı cəbhədə 110 fransız vətəndaşı vuruşur. Demək, terrorçulara dəstək verən və müharibəyə qatılan avropalıların yarısı fransızlardır. 
 
Paris rəsmiləri qorxurlar ki, ifratçı fransızlar ölkəyə qayıdıb terrorla məşğul olsun. Digər tərəfdən kimyəvi silahdan istifadə qorxusu Fransada çox güclüdür. 21 avqustda kimyəvi qazdan istifadə qalmaqalında Fransanın Bəşar Əsədi ittiham etməsi bununla bağlıdır. Fransızların bir çoxunun babaları birinci dünya müharibəsində xardal qazının qurbanı olub. Bu məsələ fransızların narahatçılığını daha da artırır.
 
İkinci dünya müharibəsinin ortalarında general Doqelin hakimiyyəti zamanı Fransa göstərdi ki, o müstəqil müharibə qərarı çıxara bilər. Hazırda da kəşfiyyat mərkəzlərinin fəaliyyəti Parisin ABŞ kəşfiyyatından asılı olmamasına işarədir. 
 
Cari ilin əvvəllərində Əl-Qaidə ilə mübarizə bəhanəsi ilə Maliyə hücum edən Fransa başqalarından asılı olmadığını göstərdi. Maliyə hücum başqa sahələrdə də Parisin cəsarətinə işarə idi. Hazırda Əl-Qaidənin qolu Malinin şimalından demək olar ki, çıxarılıb. Bir neçə ay sürən əməliyyatlarda cəmi 7 fransız hərbçisi öldü. Amma elan edildi ki, bir neçə yüz Əl-Qaidə döyüşçüsü öldürülüb. 
 
Avropanın tanınmış diplomatlarından olan Mark Prini Fransanın səfiri ünvanında Suriyada çalışıb. O deyir: Maliyə hücum göstərdi ki, Fransa ordusu Amerikasız müharibə apara bilir. 
 
Britaniya parlamenti Suriyaya hücuma qarşı çıxdıqdan sonra Fransa bu hücumun zəruriliyi üzərində dayanan yeganə Avropa ölkəsidir. Prini deyir: Hərbi baxımdan heç bir Avropa ölkəsinə ehtiyac yoxdur. Tam Havk raketləri yalnız Britaniyanın arsenalında var. Amma Britaniya müharibəyə qoşulmursa Fransa öz Skalp raketlərindən istifadə edə bilər.
 
Skalp Kruz tipli raketdir və qırıcılardan atıla bilər. 
 
Fransanın Suriyaya hücum üzərində dayanmasının səbəbləri barədə sabiq xarici işlər naziri Hubert Vedrin deyir: Paris Avropa Birliyinə gücünü göstərmək istəyir. Fransa Təhlüksizlik Şurasının daimi üzvü kimi süquta uğramaqdadır. Olland bunu əngəlləməyə çalışır. Bu məqsədlə ölkənin diplomatik imkanlarından istifadə edir.
 
Bundan əlavə tarixi Fransa inqilabının əsas prinsiplərindən biri insan haqqlarının müdafiəsidir. Fransa bu prinsipə istinadən Bosniyadan Əfqanıstana qədər müharibələrə qatılıb. Bu sırada yalnız İraq istisnadır. Sabiq Fransa prezidenti Jak Şrak İraqa hücuma qarşı çıxdı və Fransa bu kampaniyaya qatılmadı.
 
Vedrin sonda deyib: Sual bu deyil ki, biz Amerikasız əməliyyat apara bilərik, yoxsa yox. Sual budur ki, nəticələri nəzərə almadan bu addımı atmaq olarmı?
Comment