0
Thursday 8 July 2010 - 17:16

Demokratiya İrana görə boğulur?

Story Code : 30505
Demokratiya İrana görə boğulur?
İslamtimes - ABŞ dövləti katibi Hillari Klinton Bakı səfərində gənclərin suallarını cavablandırarkən demokratiya və insan haqlarının genişlənməsinə İran amilinin maneə yaratdığına işarə vurub.
Dövlət katibi gənclərə deyib ki, siz də hökumətin vəziyyətinə girin və bu məsələlərə hökumətin gözü ilə baxın. Başa düşməyə çalışın ki, niyə hökumət müxalif fikirlərdən ehtiyatlanır. Bəlkə İrandan qorxurlar?
Beləliklə, xanım Klinton demokratikləşmənin genişlənməsində İranın hakimiyyətə maneə yaratdığını iddia edib.
DEVVAM sədri İlqar İbrahimoğlu dövlət katibinin dilindən səslənən fikirlərin Azadlıq Radiosunda açıqlama vermiş bloqçu Əli Novruzovdan eşitdiyini dedi: “Doğrusu, Klinton tərəfindən bu fikirlərin söylənilməsinə məndə kifayət qədər şübhə var. Çünki Obama administrasiyasının xarici siyasətini aparan bu səviyyəli adamın belə fikirlər söyləməsi təəccübdür. Amma gerçəkdən də belə bir şey deyilibsə, bu, daha çox Buş administrasiyasının rəsmisinin sözlərinə oxşayır, nəinki demokratiyadan danışan Obama hökumətinin. Bu anlamda xanım Klintonun açıqlaması paradoksaldır. Hesab edirəm ki, bütün dünyaya demokratiya çağırışları edən Obama administrasiya birdən-birdən Azərbaycanda demokratiya şüarını arxa plana keçirib əndirəbadi fikirlər irəli sürübsə, bu, artıq sistem böhranıdır. Görünür, ABŞ-da müxtəlif məmurlar təzadlı fikirlər yürüdürlər”.
Sistem böhranının Azərbaycana təsirinə gəlincə, o, bildirdi ki, bu açıqlama Azərbaycanda demokratiya uğrunda mübarizə aparanlara nəticə çıxarmaq üçün imkanlar verir: “Yəni, Azərbaycanın insan haqları və demokratiya problemlərinin həlli okeanın o tərəfindən gəlməyəcək və insanlar özləri demokratik cəmiyyət qurmalıdır. Hesab edirəm ki, əgər səmimi etiraf olubsa, bu demokratik düşərgə üçün kifayət qədər məhsuldardır və həm də bir müəyyənlik yaradır”. /BizimYol/
Comment