0
Monday 30 September 2013 - 22:18

Haqqı deməyək?

Story Code : 307036
Haqqı deməyək?
Haqqı deməyək?
Deyəsən bəzi adamlar bizim şərhlərimizdən narahatdır, daha doğrusu təlaşa düşüblər, bizim baş verənləri görməyimiz, anlamağımızı, haqqı yazdığımızı görüb öz səhvlərini etiraf edib düzəltmək əvəzinə bizə başqa cür yanaşırlar.

Biz isə qardaşlığa görə əlslində çox susmuşuq, haqqı da batilə qurban verməmişik, düşündüklərimizi də tam yazmamışıq, ancaq hamının bildiyi faktları biz gizlətsək başqaları ona istədiyi donu geyindirib öz havalarını çalar ki, buna görə də ən böyük zərbəni elə haqq alar.

Bu gün Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafovun mətbuat açıqlaması yayılıb. Verdiyi açıqlamada AİP funksioneri, hicab məhbusu və partiyanın sədri, Mövsüm Səmədovun, partiyanın İlyas İsmayılovun namizədliyinin dəstəkləməsi haqqında verdiyi qərara münasibətini şərh edərkən, səsləndirdiyi fikirləri biz anlaşılmazlıq adlandırıb üstündə keçə bilərik, ancaq hər şeyin bir qaydası var, bu cür etsək qatığa qaraq deyib öz bildiyini edən adamı təkrarlamış olaraq.

Elçin Manafovfun sözlərinə görə Mövsüm Səmədovun seçkiləri baykot etməsi haqqında səslənən fikiri partiya sədrinin öz dilində eşitməsələr buna şübhə ilə yanaşırlar. Mövsüm Səmədovun seçkiləri baykot etməsi haqqında məlumatlar, mətbuata vəkili Anar Qasımlı ötürüb.

Düzü, Mövsüm Səmədovun müdafiə olunması üçün Anar Qasımlı kim arasında müqavilə bağlanmasını bilmirəm, ancaq doktor Səmədovun həbsə girdiyi və ötən bu illər ərazində vəkilindən bir dəfə də olsun AİP yetkililəri tərəfindən şikayət olunmayıb, yəni, İslam partiyasında hələ kimsə deməyib ki, Anar Qasımlı vəkil kimi onların sədrlərini müdafiə edə bilmir.

Belə olduğu halda, hansı əsasla Elçin Manafov, vəkilin, Mövsüm Səmədovun mətbuata göndərdiyi mesajın səhihliyini şübhə altına alır? Biz demirik ki, bu vəkil Peyğəmbər balasıdır, ancaq burda təzad göz qabağındadır.

Elçin Manafov Anar Qasımlının sözlərini şübhə altına alınırsa, onda mütləq gərək bunu açıq ifadə edib, vəkillə bağlı fikrini də bəyan etsin, əks halda belə çıxacaq ki, Elçin Manafov, Mövsüm Səmədovun nadürüst vəkil tərəfindən müdafiə olunmasından narahat deyil, buna etiraz etmir və tədbir görmür. Yox, əgər vəkilə etibar edirsə onda Elçin Manafovun verdiyi bu açıqlama yumuşaq desək, azyaşlı uşağın məntiqsiz hərəkətni xatırladır. Siyasi təşkilatın sədr əvəzi olan bir adam mütləq qəbul etməlidir ki, onun ictimai və siyasi səciyyəli açıqlamları, xüsusilə də seçki kimi ciddi mövzuda olan açıqlamalarını kiminsə xətrinə ort basdır etmək mümkünsüz bir şeydir, bu hələ dünyanın heç bir ölkəsində baş verməyib, bir siyasətçi kimi Elçin Manafov onu da bilməlidir ki, Azərbaycanda Mövsüm Səmədovdan başqa da həbsdə olan siyasətçi, jurnlalist, siyasi təşkilatın sədri, ictimai fəal və hətta digər hicab məhbusları var və onların hamısı məhbusluqda ola ola mətbuat konfransı keçirib ictimaiyyətə öz sözlərini demir, hamısı öz vəkilləri vasitəsilə açıqlamalarını və yazdıqları müraciətlərini göndərir. Hələ bu günə qədər bir dəfə də olmayıb ki, hansısa həbsdə olan dindar və dünyəvi fəalın ictimaiyyətə fikrini çatdıran vəkilin sözləri şübhə altına alınsın, özü də Anar Qasımlı təkcə Mövsümü yox, başqa məhbus fəalları da müdafiə edir. Ancaq yenə deyirəm əgər vəkilin dürüstlüyü sual altındadırsa, o zaman Anar Qasımlını müdafiədən uzaqlaşdırmasalar da AİP başqa ikinci, üçüncü,.. yüzüncü bir vəkili də tutmalıdır.

Elə bu gün, AİP-nın tanınmış üzvlərindən və ağsaqqallarından olan, nardaranlı Natiq Kərimov, partiya sədrinin baykot mövqeyi ilə bağlı münasibətini mətbuata verdiyi açıqlamada bəyan edib ki, islmaçıların bir çoxu, elə əvvəldən Milli Şuranın vahid namizədini dəstəkləyir. Biz bir neçə dəfə yazmışdıq ki, bu hal islamçıların fikir ayrılığı kimi bəlkədə başqa cür yozula bilər, ancaq ötən teledebatların birində prezidentliyə namizəd, Milli Məclisin deputatı və hakimiyyətin müdafiəçisi Zahid Oruc dedi ki, islamçılar parçalanıb və bir hissəsi Cəmil Həsənlini, digər bir hissəsi isə İlyas İsmayılovu dəstəkləyir. Bunu biz demirik, hakimiyyətin adamı olan Zahid Oruc dedi.

Zahid Oruc bu fikiri səsləndirən zaman nə Akif Heydərli, nə Mayis Gülalıyev bir kəlmə də olsun bu fikirə etiraz etmədi, heç olmasa efirdən sonra, lap sonrakı günlərdə də, ta bu günə qədər AİP-dən Zahid Orucun fikirləri ilə bağlı bir açıqlama gəlmədi, demədilər ki, Zahid Oruc yalan deyir, islamçılar parçalanmayıb. Onu da qeyd edim ki, bütün cəmiyyətdə prezidentliyə namizədlərin təsnifatını verən hər bir kəs deyir ki, namizədlər arasında bir müxalifət təmsilçisi var, qalan hamısı İlham Əliyevin vəkilidir, heç kim demir ki, İlyas İsmayılov istisnadır, əksinə onu da İlham Əliyevin vəkilləri sırasına qatırlar. Onda AİP funksionerləri kimə və necə deyə bilərlər ki, onlar Mövsüm Səmədovu həbsə atanın vəkilini müdafiə etmir?

Bunlar barədə biz susa bilərik, ancaq gördüyünüz kimi başqaları susmayacaq, heç hakimiyyətin öz adamları belə susmur. Qardaşlar, hər şeyi xırda, boş şeylər hesab edib haqq deməsək, Allahın qəzəbinə tuş gələ bilərik.
Source : Islamtimes
Comment