0
Tuesday 15 October 2013 - 23:53

Seçkidə dindarlar amili

Story Code : 311480
Seçkidə dindarlar amili
Seçkidə dindarlar amili
Cəmiyyətdə seçki mövzusu hələ də gündəmdə qalmaqda davam edir, seçkinin müxtəlif tərəfləri, barədə həm siyasi təşkilat təmsilçilərinin həm də ekspertlərin açıqlamaları diqqət mərkəzindədir.

Oktyabrın 9-da keçirilən prezident seçkiləri eyni zamanda beynəlxalq mətbuat və təşkilatların da diqqətindən yayınmır. Biz bilirik ki, bu il keçirilən seçkilərdə dindarların da adı az hallanmadı, cəmiyyətin dindar kəsimi də bu seçki prosesində bu və ya digər səviyyədə iştirak etdi.

Sədri hicab məhbusu kimi həbsxanada min bir işgəncəyə məruz qalan Azərbaycan İslam Partiyasının seçkidəki mövqeyi və qərarı barədə artıq çox yazılıb, seçkidən sonra da bu partiyanın funksionerlərindən olan Akif Heydərlinin mətbuata verdiyi bir açıqlaması oldu. Məsələn, Akif Heydərlinin verdiyi açıqlamanı Hafiz Hacıyev və ya Qüdrət Həsənquliyev versəydi, yəqin heç kim buna əhəmiyyət verməz və səsləndirilən fikirləri təbii qarşılayardı. Çünki onlardan başqa cür açıqlamalar da gözlənilmir. Ancaq, İslam Partiyasının vəziyyəti ayrıdır, daha doğrusu ayrı idi, bu seçkilərə qədər ayrı cür idi, bu seçkilərdə vəziyyət çox dəyişdi. Bu vaxta qədər cəmiyyətdə elə bir fikir formalaşmışdı ki, AİP nəinki hakimiyyətə loyaldır, bu təşkilat və təmsilçiləri ümumiyyətlə tam fərqli, ədalətli və haqqı təqlid edən bir mövqe sərgiləyir.

Bunun da əsasları var, İslama və dindarlara qarşı hakimiyyətin hücumları baş verən zaman AİP sədri və bu partiyanın funksionerləri haqqı deməkdən çəkinmədi, daha sonra hicab qadağası baş verəndə hacı Mövsüm Səmədov çıxış etdi və ətrafı ilə birlikdə 12 illik həbsə atıldı, sonra da doktor Səmədovun şücaətindən təsirlənən gənc dindarlar hicabın müdafiəsinə qalxdı və həbslərə məruz qaldı və bu həbslər hələ də davam edir, bu günə qədər azı 300 nəfər dindar hicab məhbusu kimi həbsdədir.

Biz mövcud vəziyyət barədə tez tez bəhs etmək məcburiyyətindəyik, çünki problemlər nəinki aradan qaldırılıb, əksinə İslam və dindarların təqibi daha da artıb. Ancaq, seçki kamaniyası zamanı AİP-ın Ali Məclisinin qərarı ilə İlyas İsmayılovun namizədliyini dəstəkləməsi, partiyaya cəmiyyətin münasibətini sarsıtdı. Konkret bu mövzu ətrafında da kifayət qədər yazılıb. Ancaq zaman zaman bəhslərimizdə yenə də toxunacağıq.

Akif Heydərli verdiyi açıqlamada iddia edir ki, İlham Əliyevin seçkidə qalib gəlməsinə şübhə etmir, sadəcə olaraq səsçoxluğunun faizi yüksək göstərilib, onu da əlavə edir ki, İlyas İsmayılov seçkidə 17-18 faiz səs toplayıb.

Akif Heydərlinin verdiqi açıqlamaya şərh belə ola bilər: Birincisi, İlham Əliyevin 85 faizlə seçkidə qalib gəlməsində səslərin saxtalaşdırılması və bununla da faiz dərəcəsinin yüksəldilməsi məsələsini oktyabrın 9-dan bu yana az qala bütün azərbaycanlılar deyir və bu bir həqiqətdir, yəni ağaye Heydərli burda amerika açmış olmur.

İkincisi, Akif Heydərli vermiş olduğu açıqlamada İlham Əliyevin saxtakarlıq olmadan belə qalib gəlməsinə şübhə etmirsə onda belə çıxır ki, bu adam İslam Partiyasının apardığı mübarizəni, bu mübarizəyə görə məruz qaldığı məhrumiyyətlərə yumşaq desək göz yumur. Adama bir sual verərlər ki, sən axı necə bir müxalifətçisən ki, mübarizə aparmaq əvəzinə baş verən saxtakarlıqları bu qədər asan qəbul edirsən?

Nəhayət dördüncüsü, İlyas İsmayılovun seçkidə ən yaxşı halda 18 faiz səs toplayacağını bilirdisə, hansı əsasla Akif Heydərli seçkidə Onun namizədliyini dəstəkləyib və bu azmış kimi AİP də bu qərarı qəbul etməyə sövq edib? Bu və bunun kimi digər suallar bəlkə bu gün Akif Heydərliyə ünvanlamır, ancaq zaman gələcək bütün hesablar sorulacaq.
Source : Islamtimes
Comment