QR CodeQR Code

Milli Şura üçün seçki mübarizəsi davam edir

Islamtimes , 16 Oct 2013 00:05

İslamtimes - əliyev rejimi çox arxayın və özündən razı göründüyü üçün Milli Şuranın seçkinin nəticələrini dəyişə bilməyəcəyini də demək olar, bununla belə seçki mübarizəsi davam edir.


Seçki mövzusu hələ də davam edir və daha bir müddət davam edəcək, Milli Şura seçkidə kütləvi saxtakarlıq olduğunu əsas gətirərək, Cəmil Həsənlinin qalib gəldiyini, İlham Əliyevin isə seçkidə məğlub olduğunu iddia edib seçkinin nəticələrini tanımamaqdan başqa həm də saxtakarlıqla bağlı əldə etdikləri dəlil və sübutları toplayıb şikayət vermək və ictimailəşdirmək niyyətindədir. Milli Şura seçki saxtakarlığında təkcə ölkə daxilində yox, həm də xaricdə, xüsusilə də qərb ölkələrində də müəyyən kampaniya aparmaq fikrindədir. Avropa və digər qərb ölkələrində yaşayan azərbaycanlıların bəziləri Milli Şuraya bu planda yaxından yardım etməkdə qərarlı görünür. Burda bir məqam da ondan ibarətdir ki, əvəllər Avropaya gedən azərbaycanlılar əsasən yaşlı və siyasətdən uzaq adamlar idisə, son zamanlar daha çox kreativ təmayüllü gənclərdir ki, onlar üçün ölkələrinin də Avropanın bir parçası olmaq kimi arzu və istəkləri var. Bu cür gənclər Avropa Parlamenti, AŞPA və ATƏT-lə sıx əməkdaşlıq etməkdə qərarlıdır. Ancaq şübhəsiz ki, əliyev rejimi çox arxayın və özündən razı göründüyü üçün Milli Şuranın seçkinin nəticələrini dəyişə bilməyəcəyini də demək olar, bununla belə seçki mübarizəsi davam edir.


Story Code: 311481

News Link :
https://www.islamtimes.org/az/fori_news/311481/milli-şura-üçün-seçki-mübarizəsi-davam-edir

Islam Times
  https://www.islamtimes.org