0
1
comments
Thursday 15 July 2010 - 17:54

Demokratiya Qərbin maraqları kölgəsində

Story Code : 31156
Demokratiya Qərbin maraqları kölgəsində
Demokratiya Qərbin maraqları kölgəsində
ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərindən az sonra məhbus jurnalist Eynulla Fətullayevin məhkum olunmasını Devid Kramer belə şərh edib: “Hesab edirəm ki, xanım Klintonun səfərindən dərhal sonra Fətullayevin məhkum edilməsi aydın siqnal idi - Qərbin nə düşündüyü hakimiyyətin vecinə deyil və zənnimcə, bu, çox təəssüfləndirici haldır”.
Kramer düşünür ki, Eynullanın və gənc bloqçular Emin Milli ilə Adnan Hacızadənin həbsdə saxlanması Azərbaycanın imicini korlayır: “Avropa Şurası və ABŞ bu məsələni hökumət qarşısında qaldırıb. Amma hələ ki, biz Azərbaycanda müsbət dəyişiklik görmürük. Bunun kökündə ya Azərbaycan hökumətinin tərsliyi durur, ya da Bakıda düşünürlər ki, ABŞ-ın Azərbaycanda daha böyük maraqları və yatırımları var”.
Bu ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı sualı Kramer belə cavablandırıb: “Arzu edərdim ki, seçki ATƏT standartlarına cavab versin. Təəssüf ki, biz yenidən hökumətin situasiyaya tam nəzarət etmək və müxalifət qrupları üçün fəaliyyət dairəsini məhdudlaşdırmaq səylərini müşahidə edəcəyik. Bu isə buraxılmış bir imkan olardı. Ümid edirəm ki, mən yanılıram, hökumətin müdaxiləsi olmadan bütün partiyaların sərbəst iştirak edəcəyi seçkinin şahidi olacağıq. Lakin narahatam ki, hökumət əvvəlki praktikasına üz tutacaq, səsvermə prosesini və nəticələri tam nəzarət altına almaq istəyəcək”.
“Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan hökumətinin insan haqları sahəsində göstəricilərini yaxşılaşdırmaq üçün hökumətlə təmasları gücləndirmək lazımdır. Başqaları isə daha çox təzyiqə ehtiyac görürlər. Sizin bu məsələdə mövqeyiniz nədir” sualına Kramer belə cavab verib: “Hökumətlə təmas qurmaq vacibdir. Məsələn, bu ilin aprelində prezident Əliyevi Vaşinqtonda nüvə sammitinə dəvət etməmək səhv idi. Bütün regional liderlər dəvət olunmuşdu, Əliyevdən başqa. Bu, səhv idi. Habelə ABŞ ötən aylarda Ermənistanla Türkiyə arasında barışığa cəhd göstərəndə Azərbaycana kifayət qədər diqqət yetirmirdi. Mən Hillari Klintonun Bakıya səfərini alqışlayıram. Onun səfəri müdafiə naziri Robert Qeytsin səfərinin ardınca baş verdi. Lakin problem ondadır ki, ABŞ-ın burada davranışı saat kəfkirini xatırladır. Bir tərəfdən Amerika Azərbaycanda baş verənlərə, onun hökumətinə, sivil cəmiyyətinə məhəl qoymur. Sonra da kəfkir başqa istiqamətə yellənir. Və ABŞ təmasları ifrat həddə çatdırır, ən azı hökumət rəsmilərinin səfərləri baxımından. Bizə sabit kurs lazımdır.
Ötən ilin iyulundan bu ölkədə səfirimiz yoxdur. Bu vəzifəyə səfir nominasiya olunub. Şəffaflıq naminə deməliyəm ki, həmin adam mənim dostumdur. Hesab edirım ki, o, əla səfir olacaq. Ümidvaram ki, tezliklə dinləmə keçiriləcək və o, təsdiqlənəcək, ABŞ-ın burada səfir saxlaması vacibdir. Bizə müntəzəm təmas kursu lazımdır - elə bir kurs ki, enerji və təhlükəsizlik məsələləri ilə bərabər demokratiya və insan haqlarının mühümlüyünü vurğulasın. Azərbaycan anlamalıdır ki, biz bu ölkədə demokratik inkişaf görmək istəyirik. Biz insan haqlarına hörmət görmək istəyirik. Zənnimcə, Azərbaycanın hakim dairələrində belə bir qənaət var ki, bizim oradakı başqa maraqlarımız demokratiya və insan haqlarını üstələyir. Biz həm Bakıda bu cür düşüncəni dəyişməliyik, həm də öz siyasətimizdə bunu əks etdirməliyik”.
Devid Kramer hesab edir ki, Hillari Klinton Bakıda olarkən demokratiya və insan haqları məsələsini kifayət qədər işıqlandırmayıb: “O, müxalifət liderləri ilə görüşmədi. Səfər əsnasında vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü. Lakin belə bir tendensiya var idi ki, daha çox müsbət amillər önə çəkilir və Azərbaycanda mövcud olan problemlərə, çətinliklərə diqqət verilmirdi. Mən məsələni üçayaqlı kətilə bənzədərdim. Kətilin bir ayağı enerji və iqtisadi maraqlar, ikincisi təhlükəsizlik maraqları, üçüncüsü isə demokratiya və insan haqlarıdır. Mən deyərdim ki, insan haqları və demokratiya başqa ayaqlar uzunluğunda olmalıdır, yoxsa bu kətil aşacaq. Ona görə də ABŞ bu məsələlərdə inad göstərməlidir. Biz qəbul edirik ki, Azərbaycanın öz inkişaf yolu var, o, Amerika və ya Fransa modelini təqlid etməyəcək. Lakin bəzi universal və fundamental insan hüquqları var ki, bunların da sırasında toplaşma azadlığı, söz azadlığı, din azadlığı, mətbuat azadlığı yer alır. Bunlar ölkənin demokratik inkişafı üçün vacibdir. Və onların çəkisi həm Azərbaycanda, həm də ABŞ-Azərbaycan münasibətlərində lazımi ağırlıqda olmalıdır”.

Bizimyol
Comment


United States
kotu bir dnieyem olmus senin icin belli ki..ama emin ol cok guzel ve de samimi bir yazi cikarmissin bu kotu olayin ardindan ..tebrik etmek istiyorum ben herseye ragmen...;)