0
Friday 16 July 2010 - 10:02

Ağ Evin “Əmiri ovu” fiaskoya uğradı

Story Code : 31197
Ağ Evin “Əmiri ovu” fiaskoya uğradı
Ağ Evin “Əmiri ovu” fiaskoya uğradı
İran Xarici İşlər Nazirliyi ötən ildən bu yana itkin düşən Şahram Əmirinin ölkəyə dönməsindən sonra yaşadıqlarını detalları ilə izah edəcəyini bildirib.
İranlı səlahiyyətlilər Əmirinin keçən il Səudiyyə Ərəbistanında Həcc ziyarəti edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən qaçırılaraq ABŞ-a aparıldığını bildirirdi. Amma bir ildən sonra Əmiri müəmmalı şəkildə Pakistanın Vaşinqtondakı səfirliyində sığınacaq aldı və daha sonra ABŞ hökumətinin razılığı ilə İrana qayıtmaq üçün yola çıxdı.
Bundan əvvəl dövlət katibi Hillari Klinton Əmirinin ölkəni tərk etməkdə azad olduğunu açıqlamışdı. İranın ISNA xəbər agentliyi Əmirinin üçüncü bir ölkə vasitəsilə İrana gedəcəyini açıqlayıb. Hillari Klinton bu açıqlaması ilə yanaşı, ölkəyə qeyri-qanuni daxil olmaqda günahlandırılaraq nəzarətə alınmış alpinistlərin vəziyyətini də xatırladıb. Klinton 2007-ci ildən İranda itkin düşən Robert Levinson adlı Federal Təhqiqatlar Bürosunun sabiq agenti haqqında da məlumat istədiklərini söyləyib.
İtkin olduğu müddətdə Əmiriyə məxsus olduğu iddia edilən üç videoyazı yayımlanmışdı. Əmiri birinci videoyazıda qaçırılaraq ABŞ-a gətirilməsindən bu yana işgəncələrə uğradığını və Amerika kəşfiyyatı tərəfindən təzyiq altına alındığını bildirib. İkinci videoyazıda o, «Burada azadam və hər kəsi yaxşı olduğum mövzusunda xəbərdar edirəm» deyib. Üçüncü videoyazıda isə Əmiri Virciniyada onu saxlayan agentlərin əlindən qaçdığını, amma yenidən tutulmasının hər an mümkün olmasını bəyan edib.
Danimarkanın «Atlantic News» televiziya kanalına müsahibə verən Əmiri isə qaçırıldığı barədə iddialarını bir daha təsdiqləyib. O, aldadılaraq bir maşına mindirildiyini və bu yolla qaçırıldığını bildirib. Əmiri Həcc üçün Səudiyyə Ərəbistanıda olduğu vaxt rəsmi geyimli şəxslərin özlərini İranlı hacılar olaraq təqdim etdiklərini və bu yolla avtomobilə minməsinə nail olduqlarını deyib. O, onu qaçıranların onlarla əməkdaşlıq etməyəcəyi halda İsrailə təslim etməklə hədələyiblər. Əmirinin iddiasına görə, İsrail qaçırılma hadisəsinin məsuliyyətini öz üzərinə götürüb onu gizli həbsxanalardan birində danışmağa məcbur etməyə də hazır olduğunu ifadə edibmiş.

Bizimyol
Comment