0
Friday 18 October 2013 - 15:41

Rusiyada miqrantların vəziyyətin yenə gərginləşdi

Story Code : 312062
Rusiyada miqrantların vəziyyətin yenə gərginləşdi.
Rusiyada miqrantların vəziyyətin yenə gərginləşdi.
Artıq Qurban bayramı günlərini yaşayırıq, bu əziz bayram azərbaycanlıların əksəriyyəti üçün heç də sevincli və xoş hisslərin biruzə verildiyi günlər olmadı. Əlbəttə bunun səsəbkar bayram deyil, bunun səbəbkarı azərbaycanlıları qurbanlıq qoyuna döndərən ölkə rəhbərliyidir. Hamı bilir ki, əliyev rejiminin zülmündən Azərbaycanın 3 milyona qədər əmək qabiliyyətli əhalisi Rusiya çörək dalınca geib, ancaq orda da vəziyyət bir başqa cür bəlalıdır. Belə ki, yerli ruslar Orta Asiya və Cənubi Qafqazdan Rusiyaya gələn miqrantlara qarşı çox pis münasibət bəsləyir, onların fikrincə qafqazlı və asiyalılar Rusiyaya xəstəlik, narkotik, etnik cinayətkarlıq gətirməklə yanaşı həm də ölkələrində iqtisadiyyatın inkişafına böyük zərbə vurur. Bu səbəbdən az qala hər gün Rusiyanın müxtəlif şəhərlərində yerli ruslarla miqrantlar arasında kütləvi iğtişaşlar, qarşıdurmalar, silahlı insidentlər olur, hər gün də neçə neçə ölən miqrantlar olur.

Rusiyadkı miqrantlar Orta Asiya və Cənubi Qafqazdan gəlmələr olsa da onların əksəriyyətini yerli ruslar üçün birləşdirən amil dindir – İslam dinidir. Dindar müsəlmanlar Rusiyanın müxtəlif şəhərlərində özlərini hər gün götsərirlər, ancaq iki gün ildə olur ki, onlar yerli rusların gözündə daha vahiməli olur ki, bu da Ramazan və Qurban bayramlarında qılının kütləvi namzalardır. Bu iki gündə yerli əhali öz ölkələrini və şəhərlərini tanımadıqlarını bildirir. Bu dəfə Qurban bayramı ərəfəsində Rusiyanın bir neçə şəhərlərində yerli ruslarla

miqrantlar arasında kütləvi dava düşdü. Moskvanın Brilyov bölgəsində isə bir qafqazlının bir rusu öldürməsi şəhər əhalisinin milliyətçi fəallarını kütləvi yürüş etməyə və bunun da nəticəsində miqrantların işlədikləri bazarlarda miqrantları döyməyə və onların satdığı mallara və dükanlara od vurmağa gətirib çıxartdı. Bayram günü bu hadisələrdən sonra müsəlmanların bayram namazı qılması üçün icazənin verilib verilməməsi belə sual altın düşdü.
Source : Islamtimes
Comment