0
Wednesday 23 October 2013 - 13:44

Putin müsəlman miqrantlara önəm verir

Story Code : 314076
Putin müsəlman miqrantlara önəm verir
Putin müsəlman miqrantlara önəm verir
Brilyova olayı hələ də gündəmin əsas mövzularındandır, daha doğrusu bu hadisənin yaratdığı rezonans, şərait elə bir inkişaf həddindədir ki, indi həm Rusiya həm də Azərbaycanda, bütün təbəqələrdə miqrantlar, onların iki ölkə arasındakı münasibətlərə təsiri kimi məsələlər də diqqətdən yayınmır. Diqqətdən yayınmayan bir də miqrantların dini inanclarıdır. Bunu təsadüfi yerə qeyd etmirik. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin mətbuata verdiyi açıqlamada Brilyova hadisələri çərçivəsində Rusiyaya gələn miqrantlarla bağlı məmurları tənqid edib. Putinin fikrincə, yerli rusların miqrantlarla bağlı narahatçılığı, şikayətlərini yerli məmurlar eşitmir. Yerlərdə olan icra hakimiyyətlərinin nümayəndələri, polis əməkdaşları, miqrasiya xidmətinin əməkdaşları yerli xalqın, rusların, miqrantlarla bağlı şikayətlərinə məhəl qoymaması, zamanında bu cür problemlərin araşdırıb qərar qəbul etməməsi, vəzifəli şəxslərin kabinetlərindən kənar çıxmaması, xalqla təmaslarının olmaması baş verən insidentlərə səbəb olur. Əgər hakimiyyət nümayəndələri kabinetlərindən kənara çıxıb xalqın narahatçılığını dinləsəydilər, miqrantların yaratdığı problemləri vaxtında aradan qaldıra bilərdi. Ancaq əfsuslar ki, yerli vəzifəli şəxslər, vəzifələrinin öhdəsindən gələ bilmədiyi üçün Brilyov hadisələri baş verib. Putin bu cür hadisələrin bir səbəbini də miqrantların Rusiya mədəniyyəti və yerli ənənələri ilə tanış olmamasında görür ki, bu kontekstdə İslam faktoru bir nömrəli amildir. Ona görə ki, Rusiyaya gələn miqrantların əksəriyyəti Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycandandır. Gördüyünüz ki, kimi adı çəkilən ölkələrin hamısı müsəlman ölkələridir, bundan başqa onu da qeyd etmək lazımdır ki, Rusiyaya gələn əsasən özbək və tacik miqrantlarının əksəriyyəti həm də ibadət əhli olur. Onlar içki içmir, namaz qılır, oruc tutur, kütləvi şəkildə məscidə namaz qılmağa gedir, sözsüz ki, bu amil miqrantların həyat tərzinə də təsir edir. Prinsip etibarı ilə miqrantların müsəlman olması cəmiyyət üçün xeyrdən başqa bir ziyanı olmaz, ancaq ruslar belə hesab etmir. Onların fikrincə miqratnlar çox uşaqlı ailələrdir, rus mədəniyytəti ilə tanış deyil, öz mədəniyyətləri isə yerli ənənələrlə ziddiyyət təşkil edir. Həqiqətən İslamda alkoqol və Rusiyada mövcud olan digər haram hərəkətlər qadağandır, ancaq bunlar rus cəmiyyəti üçün xarakterik olmasa da maneə də olmamalıdır. Onda nədən yerli ruslar arasında miqrantlardan olan narazılığın payında İslam faktorunu da qabardırlar? Bunun birinci səbəbi İslamı radikal axın kimi, terror ideologiyası kimi tanıdan sələfilərdir. Axı Rusiya sonuncu dəfə müharibəni məhz Şimali Qafqazdakı sələfilərin terrorçu fəaliyyəti səbəbindən görüb. Bundan başqa yerli ruslar bir səbəbi də onda görür ki, müsəlmanlar təhqirə dözümsüz olur, qeyrət namus məsələsində çox həssasdırlar və bu səbəbdən də kiçik insident yaranan kimi silaha əl atırlar. Hətta ibadət əhli olmasalar da onlarda instiktiv olaraq qeyrət və namus məsələsinə həssas yanaşırlar və insidentlər bəzən ölümlə də nəticələnir. İndi Rusiya hakimiyyətinə elə gəlir ki, müsəlman icmalarının liderləri müsəlman miqrantların Rusiya cəmiyyətinə inteqrasiyasında yardımçı ola bilər. Bu günlərdə prezident Putin, Ufa şəhərində müftilər Şurasında keçirdiyi görüşdə açıq bəyan edib ki, Rusiyada olan miqrantların əksəriyyəti müsəlmandır və onların cəmiyyətdə adaptasiyasında müsəlman liderləri yardımlarını əsirgəməyə bilərlər. Putin onu da əlavə edib ki, kimlərsə Rusiyada yaşayan müsəlman miqrantlarla yerli ruslar arasında nifaq salmağa çalışır, ancaq hakimiyyət bundan maraqlı deyil. Bunu elə belə də qəbul etmək olar, ən azı ona görə ki, Rusiya kimi bir ölkənin prezidenti müsəlman müftiləri ilə görüşündə belə bir çağrışla çıxış edib. Bunu yazmaqda bir məqsədimiz də ondadır ki, Rusiyada yaşayan müsəlmanlar arasında azərbaycanlılar da az deyil, özü də söhbət dünyəvi azərbaycanlılardan getmir, dindar azərbaycanlılardan da gedir. Məsələn, onu demək olar ki, Rusiyada olan azərbaycanlı dindarlar tacik və özbəklərlə müqayisədə az sayda olsalar da dini mərasimləri az olmur. Moskva, Sankt Peterburq, Kazan, Murmansk, Samara, Tyumen, Novosibirsk kimi şəhərlərdə şiə məscidlərinin axundları İranda uzun müddət təhsil almış azərbaycanlılardır, onların təşkil etdiyi mərasimlərdə iştirak edənlər də az olmur. Hətta şiəçiliyi qəbul edən xalis ruslar da var ki, İslamı qəbul etdikdən sonra İranda dini təhsil almağa gəlir. Ələttə ki, bütün bunlar çox önəmlidir, baş verən proseslər azərbaycanlılara və İrana da az aid deyil. Yəqin elə bu səbəbdəndir ki, Ufada keçirilmiş həmin görüşdə QMİ sədri Allahşükür Paşazadə də iştirak edib, ancaq Azərbaycandan fərqli olaraq Rusiyada yaşayan mömin azərbaycanlıların əksəriyyəti Sistani ağaya təqlid edir və bu halda onlar üçün Paşazadə hər hansı bir nüfuz sahibi deyil. Onu da deyim ki, Rusiya hakimiyyəti artıq müsəlman miqrantların cəmiyyətə adaptasiya olunması üçün müəyyən proqramlar həyata keçirməyi planlaşdıracaq.
Source : Islamtimes
Comment