0
Monday 19 July 2010 - 06:33

20 milyonluq inqilab projesi

Story Code : 31462
20 milyonluq inqilab projesi
20 milyonluq inqilab projesi
Ağ Ev problemin aradan qaldırılması, iki dövlət arasında strateji əməkdaşlığın yaranmasını istəyir və bununla bağlı hansısa güzəştlərə gedirlərsə, Pentaqonun və MKİ-in nəzarətində olan trans şirkətlər və fondlar tam bunun əksini edir. Hillari Klinton Azərbaycanda demokratiya çağrışını təxirə saldığı kimi, bu fondlarda demokratik proseslərin başlaması və gələcək də hakimiyyətə alternativlər yaratmaq üçün ciddi proqramlar üzərində işləyirlər.

Qeyd edək ki, əslində bu proqramlar Ağ Evin hazırladığı proqramlar idi. Xatırlayırsınızsa, 4-5 ay öncə Dövlət Katibinin köməkçisi rəsmən açıqlama verərək bildirdi ki, Azərbaycandakı seçkilərlə bağlı yeni və fərqli proqrama sahibdilər. Amma bir ay öncə bu proqramın icrasının dayandığı bildirildi. Amma daha maraqlı proseslərə strat verilib.
Rusiyanın nüfuzlu analitik mərkəzlərinin verdiyi məlumata görə, Azərbaycanda başda olmaqla bir neçə postsovet ölkələrində demokratik proseslərin həyata keçirilməsi Blu Vater Transmilli Şirkətinə həvalə edilib. Dünya çapında fəaliyyət göstərən bu şirkətin adı silah alverində, lokal münaqişələr yaratmaqda, hakimiyyət çevrilişləri həyata keçirtməkdə dəfələrlə hallanıb və İraq məsələsində bu şirkətin xüsusi rolu olub.

Rusiya mətbuatının iddiasına görə, artıq şirkət yeni hədəflər qazanıb və onların fəaliyyət göstərdiyi regionlar sadəcə olaraq münaqişə mərkəzinə çevrilir. Bildirilir ki, artıq Blu Vater Transmilli Şirkəti Azərbaycanla bağlı proqramın icrasına start verilib.

20 milyon ABŞ dolları dəyərində olan layihə sentyabr ayından aktivləşdiriləcək və 2013-cü ildəki prezident seçkilərinə qədər davam etdiriləcək. Əsas hədəflər isə Azərbaycanda ciddi sosial baza formalaşdırmaq, hakimiyyətə alternativ güclər yaratmaq.
Bildirilir ki, əsasən gənclər və orta nəsillə fəaliyyət göstərməyə üstünlük verən şirkət rəsmiləri Azərbaycan hakimiyyəti daxilində də müttəfiqlər axtarışına başlayıblar.

“Milli Yol”
Comment