0
Saturday 2 November 2013 - 23:41

Qanmayan varmı?

Story Code : 317003
Qanmayan varmı?
Qanmayan varmı?
Deyəsən, oktyabrın 31 hicab məhsularının məhkəmə günü kimi yadda qala bilər, bu gün hacı Talenin məhkəməsi ilə yanaşı, daha iki məhkəmədə hicab məhbuslarının işinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hicab məhbusları Ruhid Abbasov, Ülfət Qasımlı, Dadaş Vəliyev, Rauf Qarayev, Səxavət Quliyev, Elçin Məmmədov və Aydın Məmmədovun iyunun 4-də Nərimanov rayonunun çıxartdığı hökmdən şikayətə baxıb.

Adı çəkilən gənc dindarlar ötən il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında hicaba azadlıq tələbi ilə aksiyada iştirak etdikləri üçün hər birinə ayrı ayrılıqda 1 il 6 aydan 2 il 3 aya qədər azadlıqdan məhrumetmə cəzası verilib. Elə burda onu qeyd edək ki, Bakıda müxalifətin və ya dünyəvilərin keçirdikləri aksiyalarda həbs olunanlara isə 10-a5 sutka həbs cəzası verilir, yəni dindarlara qarşı hakimiyyətin nə qədər amansız və qəddar olduğunu elə burdakı fərqlə də görmək olar.

Ehtimal olunduğu kimi Apellyasiya Məhkəməsi dindarların vəsadətini rədd edərək birinci instansiyanın çıxartdığı qərarı qüvvədə saxlayıb. Ancaq bu hələ hamısı deyil, bu gün başqa bir məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində dini fəal, jurnalist Nicat Əliyev və digər 9 nəfər dindarın məhkəməsi davam edib.

Gənc dindarlar dini ədəbiyyatların Azərbaycanda yayımına görə günahlandırılırlar və prokuror dindar jurnalist Nicat Əliyev və bir neçə digər əqidə qardaşına 10 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Bu məhkəmədə ən az tələb olunan cəza 5 illik həbsdir. Təsəvvür edin, adam öldürən belə 8 il həbsdə yatır, ancaq dini ədəbiyyat yaydığı üçün əliyev rejimi gənclərə 10 il həbs cəzası istəyir.

Yəqin ən qanmaz adam, eşşəklə bioloji bağlılığı olanlar hələ də qana bilmirlər ki, əliyev rejimi İslamla və dindarlarla düşmənçiliyndə o qədər fəaldır ki, Şeytan belə ona paxıllıq edir. Baş verənləri görəndən sonra fikir ifadə etmək üçün ən dəqiq tapılan sözlər, bəzən xoş olmaya da bilər.
Source : Islamtimes
Comment