0
Sunday 3 November 2013 - 00:16

Hacı Tale daha 2 il həbsdə qalacaq

Məhkəmələrdə qanun yox yuxarıdan gələn sifarişlər yerinə yetirilir
Story Code : 317011
Hacı Tale daha 2 il həbsdə qalacaq
Hacı Tale daha 2 il həbsdə qalacaq
Bu gün Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə hicab məhbusu, dindar gənc alim Tale Bağırov haqqında 2 il müddətinə azadlıqdan məhrumetmə qərarı qəbul olundu.

Sözün açığı bu şounu heç məhkəmə adlandırmağa da adamın dili gəlmir, çünki Tale Bağırzadənin istintaqı və bu vaxta qədər keçirilən məhkəmə prosesləri sübut edir ki, buna məhkəmə demək olmaz, elə dünənki prosesdə də hacı Tale özü bu qurumu supermarket adlandırıb. Tale də digər yüzlərlə hicab məhbusları kimi şərlənərək həbs olunub, məhkəmə qərəzli mövqe nümayiş etdirib və sözsüz ki, nəticədə ədalətsiz və qanunsuz höküm çıxarıb.

Bu müddət ərzində hacı Taleni müdafiə edən vəkillərin qaldırdığı vəsadətləri hakimlər rədd edib, vəkillər nə qədər çalışsa da qanunun aliliyini bərpa edə bilməyiblər, çünki məhkəmələrdə qanun yox yuxarıdan gələn sifarişlər yerinə yetirilir.

Hacı Talenin vəkillərini dinlədikdə elə təəssürat yaranır ki, hakimiyyət hətta saxta ittihamlarda belə kobud səhvlərə, bol bol məntiqsizliklərə yol verib nəinki qanunsuzluqlara. Ancaq bütün bunlar Azərbaycan məhkəmələrinin və hakimlərin siyasi
hakimiyyətin sifarişini yerinə yetirməyə mane olmur. Nəticədə hacı Tale kimi ilahiyyatçı alim şərlənərək ömrünün daha 2 ilini həbsdə keçirəcək. Onu da deyim ki, bu Tale Bağırzadənin birinci həbsi deyil, əvvəldə şərlənərək həbs olunan hicab məhbusu həbsdən sonra haqqı müdafiə etdiyi üçün növbəti dəfə azadlıqdan məhrum edilib.

Bu dramattik bir vəziyyədir ki, Azərbaycanda haqqı deməyin qarşısı əliyev rejimi tərəfindən çox böyük amansızlıqla alınır, haqqı deyənlər şərlənərək həbs edilir, min bir işgəncəyə məruz qalır, sonra da saxta ittihamla uzun müddət həbsə məruz qalır. Heç kim də bu vəziyyətin qabağını ala bilmir və ya almaq istəmir. Ancaq yəqin hakimiyyət də anlayır ki, hacı Tale kimi mübariz gənclər sınmayacaq, mübarizələrini axıra qədər davam edəcək, intəhası nə cəmiyyət nə də dünyadan dindar fəallar dəstək almır, yəni Azərbaycanda haqqı, Allahı, İslamı ayaq altına atan bir rejimə qarşı dünyanın islam ölkələri və dövlətləri qardaş hesab edir. İmkanı daxilində zalıma dur deməyənin cəzasının nə olduğunu mən deyə bilmərəm.

******
Möhnətə səbr eyliyən rahat tapar , çün Yusufə-Səltənət təxtinin əvvəl payəsi zindan olur (Fizuli)
Source : Islamtimes
Comment