QR CodeQR Code

Təhdid yoxsa cəfəngiyyat?

Islamtimes , 5 Nov 2013 23:20

Islamtimes - Digər fikirdə olan politoloqlar isə rus generalının açıqlamasını cəfənfiyyat hesab edir və boş bəyanat hesab edirlər.


Bu günlərdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı Andrey Ruzinskinin verdiyi açıqlama Azərbaycanda bir sıra müzakirələrə yol açdı.

Komandan verdiyi açıqlamada bəyan edib ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadığı üçün regionda vəziyət gərgin olaraq qalır və bu vəziyyəti bir qədər də gərginləşdirən Azərbaycan hakimiyyətinin tez tez hərbi ritorikalı bəyanatlarıdır.

Ruzinski verdiyi açıqlamada onu da qeyd edib ki, işti şayət Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatlara başlayarsa, Ermənistan müharibəyə cəlb olunacaq və bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB) sazişi çərçivəsində Rusiyanın, xüsusilə də 102 saylı hərbi bazasının müharibədən kənar qalmasını mümkünsüzləşdirir və nəticədə Rusiya Ermənistan tərəfindən müharibəyə qatıla bilər.

Rus komandanının bu bəyanatını Ermənistanda bir dəstək kimi qəbul etdilərsə, Azərbaycanda daha çox iki cür mövqe sərgiləndi.

Bəzi politoloqlar və mətbuat nümayəndələri Ruzinskinin bu bəyanatını Rusiyanın Azərbaycana təhdidi kimi qəbul etdilər. Digər fikirdə olan politoloqlar isə rus generalının açıqlamasını cəfənfiyyat hesab edir və boş bəyanat hesab edirlər.

Onların fikrincə 102 saylı hərbi baza heç müharibə başlayacağı təqdirdə Ermənistan tərəfindən Azərbaycana qarşı savaşa bilməyəcək və bunun da əsas səbəbi odur ki, Rusiya Azərbaycanın hərbi sənaye kompleksinin inkişafından xəbərdardır.

Azərbaycan ordusunun inkişafında isə İsrail hərbi sənaye kompleksinin hərbi texnologiyası və hərbi texnikası mühüm rol oynayır.

Ikinci fikirdə olanların arxayınlığı və özünə güvəni cəmiyyətimizdə ola bilər bir təsəlli kimi qəbul olunsun, ancaq bununla bağlı Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın mövcudluğu da heç kim üçün sirr deyil. Hələlik isə cəbhənin təmas xəttində hər gün bir neçə hərbiçimiz erməni snayperlərinin gülləsindən şəhid olur.


Story Code: 317976

News Link :
https://www.islamtimes.org/az/fori_news/317976/təhdid-yoxsa-cəfəngiyyat

Islam Times
  https://www.islamtimes.org