0
Thursday 22 July 2010 - 23:07

İMAM XOMEYNİ QƏRB VƏ ŞƏRQ NƏZƏR SAHİBLƏRİ BAXIMINDA

Story Code : 31929
İMAM XOMEYNİ QƏRB VƏ ŞƏRQ NƏZƏR SAHİBLƏRİ BAXIMINDA
İmam Xomeyni (rh) alimlərin izahında

Araşdırmaçılar və düşüncə sahibləri bu inamdadırlar ki, imam Xomeyninin (rh) dövrünün başlanması ilə dünyada din və dindarlıq inkişafa doğru hərəkət etçəyə başlamış və din yenilənmişdir, avropada belə dindarlıq özünə yeni bir əna kəsb etmişdir.

Milyonlarla insan həzrət İsa məsihin (ə) zühurunu gözləyirlər, bir sözlə imamın dövru müasir dünyada din və mənəviyyatın dirçəlməsi dövrüdür.

Bu barədə tanınmış şəxsiyyətlər belə qeyd etmişlər:

Əhməd Huber:
İsveçrəli yeni müsəlman olmuş bu mübariz alim və jurnalist İslam İnqilabının dəyərli əsərlərini şərh edərkən belə deyir: “Avropada Berlin divarlarının süquta uğraması sizin başlatdıqınız inqilabla əlaqəli olduğu düşünülür. Bu islam inqilabının əsəsrləri avropada müşahidə etmək olar. Avropada 12-15 milyon nəfərə yaxın müsəlman yaşayır ki, onun yüz mindən artıqı İsveşrədədirlər.”

O əlavə edərək bildirir: İmam Xomeyni təkcə müsəlmanları ayıltmadı, bəlkə qeyri müsəlman dünyada belə özünə məxsus əsərlər qoydu.

Huber bağqa yerdə belə deyir: “Agah olun ki, sizin rəhbəriniz olan O, yaşlı insan heç bir zaman ölməmişdir, bəlkə hələdə diri və fəaldır. Çünki bütün bu dəyəşikliklər onun əli ilə əmələ gəlmişdir”.

Muhəmməd Lensel:
Avstraliya İslam Həyatını Yeniləşdirmə Maarifinin rəisi olan bu şəxs özünün İmam Xomeyni (rh) inqilabının Avropada təsirləri adi altında olan bir məqaləsində belə yazır: “Şübhəsiz ki, imam Xomeyninin (rh) islam inqilabı Avropada təkcə islama nisbətən yeni baxış açmadı, bəlkə qeyri müsəlmanların belə dini yaşayışlarını əvəz etdi. Başqa sözlə desək bu gün Avropada belə dindar olmaq özünə yeni bir dəyər məna kəsb etmişdir. Bu sözləri Avstraliyanın keçmiş prezidenti öz nitqində söyləmişdir ki, İslam İnqilabı bütün dindar olan şəxslərə yeni özünə inam və dəyər bəxş etdi”.

Professor İsmail
İspan dilli tanınmış professor bəşər həyatında dinin yeni dirçəlişində imam Xomeyninin (rh) roluna işarə edərək belə deyir: “Din dirçəlmiş, kilsələr yeni həyat tapmış və universitetlərdə din və dini düşüncələrə meyl göstərmək daha dəyərsiz hesab edilmir. İnsanın gündəlik həyatında mənəvi gözəlliklər yenilənmişdir. Dünya ictimai əlaqələri gözəlləşdirmək və canlandırmaq üçün dinin qüdrət və mənəvi dəyərlərinə doğru üz tutmuşdur, bu isə imam Xomeyninin (rh) öz İslam İnqilabı sayəsində dünya cəmiyyətinin zehnində yaratdığı yeni dəvətdən bəhrələnmişdir”.

İmam Xomeyninin (rh) təsirləri

Ronesans dövründən sonra bəşər cəmiyyəti arasında baş vermiş mühüm dəyişiklik və qərbdə dini inamların və şüarların həddindən artıq guşənişinliyi və bunun kənarında mülhid materialist düşüncələrinin inkişaf etməsi və bəzi dünya ölkələrinin bu düşüncəyə doğru hərəkəti bəzi alimləri ilahi dinlərin sonunun tam şəkildə guşənişinlik və məh olma düşüncəsinə doğru sürüklədi.

Amma imam Xomeyninin (rh) qiyamı və İslam İnqilabının müvəffəqiyyəti dünyanın keçmiş dövürlərdən fərqli və seçilmiş dini xüsusiyyətlərə malik bir dövrə qədəm qoyması yeni şərait yaratdı.

İmam Xomeyni və dini həyatın dirçəlişi

Bəşər həyatında yeni həyata səbəb olan İslam İnqilabının səmavi rifahı müasir insanın mənəvi, dini və islami şəxsiyyətinin yenilənmə dövrünün başlanğıcı hesab olunur.

Araşdırmaçılardan çoxları bu əqidədədirlər ki, bəşəriyyətin dini və mənəvi dirçəlişi iranda olan İslam İnqilabı ilə başlamışdır. Bu səbəbdən XX əsrin IX on illiyini əhdlərin yenilənməsi dövrünün başlanğıcı adlandırmaq olar.

Buna görə demək lazımdır: “Əgər müasir dövürdə dini şəxsiyyətlərin dirçəlişi üçün müəyyən bir tarixi nəzrdə tutmaq gərəkərsə bu 1978-ci ildir. Yəni iranda baş vermiş İslam İnqilabı ilə eyni dövürdə ki, bütün dinlər arasında dini düşüncələrə doğru üz tutma baş verirdi.”
Alimlərdən çoxları bu inamdadırlar ki, bəşərin dini şəxsiyyətlərinin dirçəlişində İslam İnqilabı mühüm rola malikdir.

Məşhur “əl-Aləm” jurnalının baş redaktoru doktor Səid Məhəmməd əl-Şəhabi deyir: “İranın İslam İnqilabı təkcə islam aləmində deyil bəlkə, çoxlu cəmiyyətlər arasında mühüm təsir qoymuşdur. Şübhəsiz son illərdə heç bir hərəkat islam inqilabı qədər cəmiyyətdə təsir bağışlamamışdır. Din cəmiyyət arasında mühüm rol oynayır və İslam İnqilabı bu nuru bəşəriyyət üçün işıqlandırdı”.

İslam İnqilabının müxtəlif sahələrdə olan qələbəsi və müasir bəşərin yenidən dini inamlara doğru üz gətirməsi qərb araşdırmaçılarını, dünya qüdrətlərinin dinin yüksək potensialından qəflətdə qaldıqlarına etiraf etmələrinə səbəb oldu.

ABŞ-ın xarici siyasətlər təşkilatının rəisi “Daniel” İstanbulda keçirilən konfransda belə demişdir: “Bunu etiraf etməliyəm ki, İslam İnqilabından öncə biz dini və məzhəbi düşüncələr üçün heç bir yer ayırmamışdır, amma bundan sonra biz amerikalılara din haqda araşdırma və mütaliə üçün şərait yaratmaq lazımdır”.
Translator :
Comment