0
Wednesday 13 November 2013 - 17:03

Şeyx Məhərrəmliklə bağlı nələri etmir?

Story Code : 320662
Şeyx Məhərrəmliklə bağlı nələri etmir?
Şeyx Məhərrəmliklə bağlı nələri etmir?
Aşura günü yaxınlaşır, bu günlərdə QMİ-in mətbuat katibi Rəhimə Dadaşovanın mətbuata verdiyi açıqlamadan (http://www.hafta-ichi.az/news.php?id=104924) belə anlaşıldı ki, QMİ üçün Məhərrəmlik yalnız qan vermə aksiyasının təşkili ilə məhdudlaşan matəm dövrüdür.

Xanım Dadaşova QMİ-nin həqiqi fəaliyyətini, taktiki və strateji siyasətini nə dərəcədə bilir deyə bilmərik, ancaq mətbuatla əlaqəyə məsul olduğundan demək belə çıxır ki, bu adamın dediklərini QMİ-in mövqeyi kimi qəbul etmək olar.

Həqiqət də isə qərar vermək, fətva vermək kimi işlər üçün bu xanımın səlahiyyəti yoxdur, yalnız olanları deyir. Olanlar isə ondan ibarətdir ki, QMİ kimi bir qurum Məhərrəmik ayında yalnız qanvermə aksiyası təşkil edəcək vəssalam.

Qalan mərasimlər, tədbirlər, məclislərin təşkilatçılığında QMİ rəsmən iştirak etmir.

Qanvermə aksiyasında pis bir şey yoxdur, əksinə çox humanist bir tədbirdir, ancaq QMİ yetkilisinin sözündən belə çıxır ki, Məhərrəmlik ancaq zəncir vurmaq, baş yarmaqdan ibarət ola bilər deyə bu qurum da alternativ kimi qanvermə aksiyasını təşkil edir.
Source : Islamtimes
Comment