0
Monday 18 November 2013 - 00:55

ABŞ Bərzani ziyarətinə necə baxır?

Story Code : 322300
ABŞ Bərzani ziyarətinə necə baxır?
ABŞ Bərzani ziyarətinə necə baxır?
“Amerikanın səsi” internet saytında çıxan yazı:
“Yaşasın Türk və kürdlərin qardaşlığı! Yaşasın Sülh! Yaşasın Azadlıq! Yaşasın türk və kürd qardaşlığı! Yaşasın Sülh! Yaşasın Azadlıq!” İraq Regional Kürd Rəhbəri Məsud Bərzani Baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyi Diyarbakırda etdiyi çıxışda əvvəl Türk dilində, daha sonra Kürd dilində qurduğu bu cümlələrlə son verdi.
Daha bir neçə il əvvələ qədər Türkiyə hökuməti tərəfindən mübahisəli İraq Regional Kürd Rəhbərliyi liderinin bu sözləri sərhədin iki tərəfi arasında əlaqələrin bundan sonra daha da güclənəcəyinə bir işarə oldu. Yalnız CHP və MHP deyil, BDP-lilərin əhəmiyyətli bir hissəsi tərəfindən Ədalət və İnkişaf Partiyasının lideri və Baş nazir Ərdoğanın “seçki yatırımı” olaraq qiymətləndirilən tarixi görüşdə sülh mesajları önə çıxdı.

Bərzani: “Sülh həll prosesini dəstəkləyirəm, sülh müharibədən daha qiymətlidir”

Baş nazir Ərdoğana ona “qızıl kimi bir fürsət” təmin etdiyi üçün təşəkkür edən İraq Kürdistanının lideri yeni bir tarix yaratmaq zamanının gəldiyini söylədi. Bundan sonra müharibənin bir variant ola bilməyəcəyini vurğulayaraq Kandilə mesaj göndərən Bərzani: “Sülh yolu ilə həll prosesini dəstəkləyirəm. Yaxın Şərqdə yaşayan insanlar, artıq birlikdə həyat sürmə zamanı gəlmişdir. Birlikdə yaşamaqla, birlikdə qalmaqla xalqlarımızı xoşbəxt günlərə aparaq. Müharibələr sınandı, kimsə müharibədən bir xeyir görmədi. 10-15 ildə sülh üçün aparılan mübarizə, bir saatlıq döyüşdən daha qiymətlidir. Mən türk və kürd qardaşlarımdan sülh prosesini dəstəkləmələrini istəyirəm” dedi.

“Kürdüstan” sözünü ilk dəfə tələffüz edən Ərdoğan: “inkara son verdik”
Baş nazir Ərdoğan qonağı Bərzaninin “Sizin şəxsinizdə Şimali İraq Kürdüstan Rəhbərliyi Bölgəsindəki qardaşlarımızı salamlayıram” deyərək Kürdüstan sözü üzərində illərdir sürən qadağanı qaldırdı. Ərdoğan çıxışında Türkiyə Böyük Millət Məclisinin qurulmasındakı fəlsəfəylə yeni Türkiyəni inşa etdiklərini söyləyərək 2-ci Məclisdə birlikdə qəbul edilən inkar siyasətlərinə son verdiklərinə eyham etdi. Baş nazir: “1920-ci ildə TBMM-də Kürd, Türk, Laz, Çərkəz necə bir və birlikdə oldularsa, respublika necə birlikdə quruldusa yeni Türkiyəni də o ruhla yenidən inşa edirik. Biz anaların, ataların gözyaşlarına son vermək üçün əhd bağladıq. İnkar, rədd və assimilyasiya siyasətlərinə biz son verdik” dedi.

Ərdoğan: “Özləri kimi düşünməyənlər sülh gətirə bilməz”
Çıxışında ad çəkmədən BDP -KCK -PKK xəttini da tənqid edən Ərdoğan mərasimdə iştirak edən Diyarbakırlılardan Respublika sonrası tək partiya zehniyyətini rədd etmələrini istədi. Baş nazir “fərqliliklərə tolerantlıq göstərə bilməyənlər bölgəyə rifah gətirə bilməz. Özləri kimi düşünməyənlərə qəsd edənlər bölgəyə demokratiya gətirə bilməz. Əgər siz bu prosesə sahib çıxarsanız, bu sülh prosesi qalıcı olacaq” deyə bildirdi.

Amnistiya olacaq?
“Baş nazirin dağdakıların təslim olduqlarını, həbsxanaların boşaldığını, 76 milyonun bir olduğunu, birlikdə olduğu, birlikdə böyük Türkiyə yeni Türkiyə olduqlarını görəcəyik” şəklindəki sözləri isə böyük Amnistiya ehtimalının yenidən gündəmə gələ biləcəyini göstərdi. Ərdoğan Parisdə 16 Noyabr 2010-cu ildə sürgündə ölən sənətçi Əhməd Qayanı ölüm ildönümündə mahnısından bir parça oxuyaraq andı.

Öcalan və Rojava gündəmə gəlmədi

“100 il əvvəl bu torpaqlarda xətkeşlə sərhəd çəkildi. Türkü Kürddən, Kürdün Türkdən ayıra bilməzlər. Şamın dərdi bizim dərdimizdir . Kamışlının dərdi bizim dərdimizdir. Suriyanın hər tərəfində zalım Əsədin axıtdığı qan qardaşımızın qanıdır” deyən Ərdoğan Rojava və PYD haqqında heç bir şərh etmədi. Rojava siyasətiylə tənqid olunan Bərzani də Şimali Suriya ilə əlaqədar mesaj vermədi. Ayrıca Novruzdakı çıxışı ilə həll prosesinin həqiqətən başladılmasında əhəmiyyətli rol oynayan Abdullah Öcalanın adı da xatırlanmadı.

Şivan - İbo düeti
Barzaniyle birlikdə Silopidən Diyarbakıra gələn kürd musiqisinin ən məşhur ozanı Şivan Perver başına gələn silahlı hücumdan sonra ilk dəfə səhnəyə çıxan İbrahim Tatlıseslə birlikdə düet oxudu. İkili “Megri” (Ağlama) adlı mahnını birlikdə söylədilər. Mahnıdan sonra qısa bir çıxış edən Şivan Perver “38 il əvvəl ayrıldığım ölkəmə yaşlı bir insan olaraq geri döndüm. Türkiyəmizin baş naziri böyük bir mayanı təmiz südə qatdı, bu gün dostluğu və qardaşlığı qeyd edirik. Ümid edirəm ki, Türkiyə bunu düşünəcək və bundan sonra fərqliliklər qadağan edilməyəcək” dedi. Oğlan uşağı olursa Barış adını qoyacağını söyləyən İbrahim Tatlıses isə “sülh üçün kim əlini daşın altına qoyarsa, o yeri mənim başım üstündədir. Müxalifət olduğu yerdə sülhün olması mümkün deyil. Ancaq hər şeyin sahibi sizsiniz. Bu xalq hər şeyi bacarar” deyərək PKK cinahını tənqid etdi.
Daha sonra 400 nəfərlik cütlük Baş nazir Ərdoğan, prezident Bərzani, Şivan Perver, İbrahim Tatlıses və Diyarbakır müstəqil millət vəkili Leyla Zananın şahidliyiyle evləndi.

Baş nazir Baydemiri də ziyarət etdi
Baş nazir Ərdoğan Diyarbəkirdə Böyükşəhər Bələdiyyə başçısı Osman Baydemiri məqamında ziyarət etdi.
Source : Islamtimes
Comment