0
Tuesday 19 November 2013 - 21:50

Mübariz mömin necə ola bilər?

Story Code : 322599
Mübariz mömin necə ola bilər?
Mübariz mömin necə ola bilər?
Məhərrəmlik ayının başlaması ilə əlaqədar İlham Əliyev hakimiyyəti və bu hakimiyyətə xidmət edən KİV, şiə müsəlmanları üçün müqəddəs olan dəyərlərə, Aşuraya, Aşura mərasimlərinə hücuma keçdi.

Hara baxırsan, hansı mətbuata nəzər salırsan, Aşura, Kərbəla hadisələri, müqəddəs imamlar ələ salınır, onlara qarşı həqarət olunur, bu işdə televiziya kanalları xüsusi canfəşanlığı ilə seçilir.

Məsələn, televiziya kanalları müxtəlif adlı verilişlərə dindar adam, din alimi, mömin, ilahiyyatçı kimi hansısa bir adamı, özü də ilahiyyatçı kimi heç kim tərəfindən tanınmayan bir adamı çağırırlar efirə.

Başlayırlar Məhərrəmlik ayını və ya dini müzakirə etməyə, həmin dindar adam kimi efirə qatılan da o qədər absurd, axmaq, cəfəng şeylər danışır ki, İslam tamaşaçının gözündən çox pis bir şəkildə düşür, bu adamlar o qədər yolverilməz sözlər deyir ki, Vallah, bəlkə Əli Əleyhissəlam (S) onun yanında olsaydı həmin adamın başını Zülfüqarla elə ordaca ayırardı.

Ola bilər bu cür axmaq adamların ümumiyyətlə heç dinlər əlaqəsi yoxdur, onlar hansısa teatrın artistidir, ola da bilər ruh xəstəsidir, bunlardan televiziya sahiblərinin çox yaxşı xəbəri var, di gəl hakimiyyət onlara tapşırıb ki, necə bacarırsınızsa elə də İslamı təhqir edin, biabır edin və onlar da bunu canla başla edirlər.

Əcaib olsa da faktdır ki, əyləncəli verilişlər, fitnə dolu müzakirələr, şiə müsəlmanlarına qarşı təhqir və həqarət dolu yazılar, çıxışlar Məhərrəmlikdə daha çox füsət alır.

Bu cür çıxış edənlərin sözsüz ki, əksəriyyəti dünyəvi ictimai fəal adamlar, deputatlar, rəsmi adamlardır.
Vəzifə sahibi olmayan ictimai fəalların Məhərrəmlikdə kütləvi tədbirlərə qatılan müsəlmanlara ünvanladığı bir sual ən çox səslənən və geniş yaylandır. O da bundan ibarətdir ki, məscidələrə gedib özlərini zəncirlə vuran müsəlmanlar, Azərbaycanda hakimiyyətinin törətdiyi zülmlərə qarşı nə üşün fəallıq göstərmir, etiraz aksiyalarına bu qədər sayla qoşulmur? Ancaq burda izahı tələb olunan məqamlar da var. Mən demirəm ki, bu sual haqlı deyil, ötən ilə qədər seçki saxtakarlığı, korrupsiya, insan haqları ilə bağlı etiraz aksiyalarına qatılan adamlar arasında dindarları görmək olmurdu. Ancaq bu il vəziyyət xeyli dəyişib, Milli Şuranın keçirdiyi mitinqlərdə, etiraz aksiyalarında dindar gənc fəalların, transporantlarla, plakatlarla, bayraqlarla iştirakını gördük, demirəm onlar çoxluq təşkil edirdi, ancaq gözə çarpan qədər vardı və fəal idi. Hamısı da gənclər idi.

Deməli sual ən azı bu il üçün haqlı deyil, yəni ötən ilə qədərki vəziyyət üçün bəlkə haqlı ola bilərdi, ancaq artıq dindar kəsimin təmsilçiləri sözlərini deyir. Başqa bir məsələ elə bu sualı qoyan dünyəvi fəalların özlərində və baxışlarında olan problemdir. Onlar dindarları kütləvi şəkildə məscidə getməkdə, ancaq etiraz aksiyalarına qatılmamaqda ittiham edirlər, ancaq digər yandan dindar fəallar dünyəvilərin təşkil etdiyi aksiyalarına qatılaraq dəstək verəndə, deyirlər ki, dindarlar gəlməsin, İslamı siyasətə gətirməsin, cəmiyyətimiz dünyəvidir. Yəni bir yandan islamçıları qınayırlar ki, niyə hakimiyyətin zülmünə etiraz etmirsiniz, digər yandan da İslamın siyasətə gəlməsinə qarşı çıxırlar.

Dediyimiz kimi, əvəllər islamçılar
dünyəvilərin etiraz səsinə səs verməzdilər, acnaq bu ildən onlar da hakimiyyətin zülmünə qarşı dünyəvilərlə birlikdə olmaların görmək olar və bu da əsasən gənc dindarlara aiddir. Bu toplumu siyasətə gətirənlərin liderinin hacı Tale Bağırov olduğunu desək yanılmarıq.

Hicab məhbusu, ilahiyyatçı alim hacı Tale Bağırzadə bu günlərdə Məhərrəmlik ayı münasibətinin başlanması ilə bağlı Kürdəxanı təcridxanasından yazdığı məqalə ilə yenidən cəmiyyətin görüşünə gəldi.

Hacı Tale, yazdığı yazıda İmam Hüseyn (Ə) məktəbinin mahiyyətini izah etməklə qeyd edir ki, günümüzdə dindarlar həm də İlham Əliyev hakimiyyətinin zülmlərinə qarşı çıxmalıdır, məzlumun, xalqın haqq səsini müdafiə etməlidir. Məhbus dindarın fikrincə Aşuranı təkcə bir qan vermə aksiyası ilə bitmiş hesab etmək olmaz, dindarlar xalqı narahat edən, hakimiyyətin özbaşnalıqlarını, hicab qadağası, korrupsiya, rüşvətxorluq, seçki saxtakarlığı və s. kimi mözuları da diqqətdə saxlamalı bu cür zülmlərə etirazını bildirməlidir.

Hicab məhbusu zalım İlham Əliyev hakimiyyətinə ləbbeyk deyən dindarları saray molları adlandırmaqla kimin kim olduğunu cəmiyyətə göstərib. Öz timsalında savadlı, mübariz, şücaətli dindarın hansı mövqedən çıxış etməsini göstərib.

Əlbəttə hacı Talenin məlum mövqeyi və mübarizəsinin nəticəsidir ki, Onu təkcə gənc dindarlar deyil, həm də dünyəvi ictimai və siyasi fəallar da dəstəkləyir. Kimsə cürət edib Tale Bağırzadə haqqında “dini niyə siyasətə gətirirsən?” kəlməsini deməyib. Çünki məhbus dindar haqqı doğru və dürüst bir şəkildə cəmiyyətə çatdıra bilir.
Source : Islamtimes
Comment