0
Tuesday 19 November 2013 - 23:05

“Azadlıq”a azadlıq kampaniyası davam edir

Story Code : 322626
“Azadlıq”a azadlıq kampaniyası davam edir
“Azadlıq”a azadlıq kampaniyası davam edir
Azərbaycanda iki – “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin üzərində basqılar olduğunu iddia edərək başladığı dəstək kampaniyası deyəsən öz bəhrəsini verməkdədir.

“Yeni Müsavat” qəzeti demək olar vəziyyətdən çıxa bilib, marafon keçirildiyi ilk gündə isə “Azadlıq” qəzeti üçün toplanan ianələrin məbləği 13700 manat olub və həmin pulu redaksiya Azərbaycan nəşriyyatına ödəyib. Dəstək kampaniyası isə davam edir. Belə görünür ki, “Azadlıq” qəzeti də düşdüyü çətin vəziyyətdən çıxa biləcək.

Bundan başqa xaricdə yaşayan azərbaycanlılar da “Azadlıq” qəzetinə dəstək üçün həm maliyyə yardımı edir həm də qərb ölkələrində aksiyalar təşkil edir və beynəlxalq təşkilatların diqqətini Azərbaycanda söz azadlığının boğulmasına cəlb edə biliblər.

Bu arada isə hakimiyyət iddia edir ki, bu iki qəzetin bağlanması ilə mətbuatdakı söz azadlığı boğulmayacaq. Ancaq nəinki cəmiyyətdə, hətta dünyada belə hamı yaxşı bilir ki, Əli Həsənovun “Azadlıq” qəzetini əvəz edə biləcəyini nəzərdə tutduğu qəzetlərin işi gücü hakimiyyətə ləbbeyk deməkdən başqa bir şey deyil və bu qəzetləri heç kim, o cümlədən hakimiyyətdəkilər sözləri belə oxumur.
Source : Islamtimes
Comment