0
Tuesday 27 July 2010 - 07:01

Separatçılar şadlanır

Story Code : 32297
Separatçılar şadlanır
Separatçılar şadlanır
«Guardian»: «Bu, pis presedentdir - dövlətinizin bir parçasını ABŞ və ya Rusiya dəstəkləyirsə, müstəqilliyi tanınacaq»
Haaqada BMT-nin Beynəlxalq Məhkəməsinin Kosovo ilə bağlı qərarı dünya mətbuatında ceniş şəkildə şərh edilib və əsasən pis premedent kimi qiymətləndirilib. Məhkəmə qərara alıb ki, Kososvo öz müstəqilliyini elan etməklə beynəlxalq hüququn normalarını pozmayıb.
İngiltərənin «Guardian» qəzeti də qərarı pis presedent hesab edir: «Bu qərar separatçılıqla üzləşmiş ölkələri sakitləşdirməyəcək və özlərini müstəqil elan edən respublikalara, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilərin beynəlxalq miqyasda tanınmaları üçün səylərinə mane olmayacaq. Qərar pis presedent yaradır və praktikada bu anlama gəlir: Kim güclüdürsə, o da haqlıdır. Əgər sizin dövlətinizin müstəqil olmaq istəyən parçasını ABŞ və ya Rusiya dəstəkləyirsə, müstəqilliyi tanınacaq».
İngiltərənin «The İndependent» qəzeti isə qərarda başlıca məsələyə – başqa ölkələrin Kosovonu tanımasına toxunulmayıb: «Kosovonu tanımaq istəməyən ölkələr indi də bunu etməyə borclu deyillər. Digər planda isə qərarın çəkisi ağırdır. Bu qərar Cənubi Osetiya və Abxaziya məsələlərində Rusiyaya haqqa qazandırır. Təhlükə ondadır ki, qarşımızda başqa dövlətlərdən asılı olan dövlətlər dayanıb: Kosovo Avropa Birliyi və ABŞ-a üz tutub, Cənubi Osetiya isə Moskvaya».
Almaniyanın «Tagessriegel» qəzeti qərarda iki beynəlxalq prinsipin toqquşduğuna diqqət çəkib: «Kosovonun müstəqilliyinin tanınması məsələsində beynəlxalq hüququn iki təməl prinsipi – xalqların öz müqəddəratını təyin etmə və dövlətlərin ərazi bütövlüyü prinsipləri toqquşur. İndjiyədək keçmiş Serbiya əyalətinin müstəqilliyini 21-i Avropa Birliyinin üzvü olmaqla 69 dövlət tanıyıb. Digərləri, o cümlədən Rusiya, Çin və İspaniya əvvəlki kimi Kosovonun müstəqilliyini tanımaqdan imtina edir. Onların imtinasının səbəbi aydındır: Kosovolulara icazə verilənlər çətin ki, Qafqaz, Tibet və bask xalqlarına qadağan edilsin».
Fransanın «Le Figaro» qəzeti isə qərarın diplomatik yükünü gözdən keçirib: «Haaqa Beynəlxalq Məhkəməsinin qərarı tövsiyə xarakteri daşısa da, onun diplomatik əhəmiyyətini inkar etmək olmaz: İlk dəfə olaraq beynəlxalq hüquq əyalətin BMT üzvü olan dövlətdən ayrılmasının legitimliyini tanıyır».
İspaniyanın «La Stampa» qəzeti separatçılıq dalğasından ehtiyatlanmağa çağırır: «Bu gündən belə sivilizasiya yeni və təhlükə doğuran hadisələrin inkişaf variantları, o cümlədən ayrı-ayrı regionlarda separatçılıqla hesablaşmağa məcburdur. Müşahidəçilər məhkəmə qərarında beynəlxalq hüququn əsaslarından biri olan ərazi bütövlüyünün hüquqi prinsipinin təsdiqini gözləsələr də, hakimlər «bir halda ki...» və «lakin» sözlərinin uzun silsiləsi ilə status-kvonun qəbulunadək yuvarlandılar».
/Bizimyol /
Comment