0
Wednesday 20 November 2013 - 23:01

Avropa ya Rusiya dilemması hələ də qalmaqdadır

Story Code : 323013
Avropa ya Rusiya dilemması hələ də qalmaqdadır
Avropa ya Rusiya dilemması hələ də qalmaqdadır
Bu arada Avropa İttifaqının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Şərq tərəfdaşlığı” dövlətlərinin III sammiti yaxınlaşmaqdadır.

Məlum olduğu kimi bir müddətdir gündəmdə qalan bu mövzu həm də Gömrük İttifaqına daxil olmaq və ya olmamaq kontekstində müzakirə olunurdu.

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin mətbuata verdiyi açıqlamada bu məsələ ilə bağlı bəzi aydınlıq gətirilib.

Nazir müavinin sözlərinə görə Azərbaycan həmin sammitdə iştirak edəcək. Mahmud Məmmədquliyev deyib ki, sammitdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalanması dəqiqdir.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbacanın diplomatik və xidməti pasport daşıyıcıları Şengen ölkələrinə sadələşdirmiş qaydada viza ala biləcəklər.

Bundan başqa sammitdə tərəflər arasında miqrasiya problemlərinin tənzimlənməsi ilə bağlı bir sıra razılıqların da əldə olunacağı gözlənilir. Ancaq nazir müavini onu da qeyd edib ki, tərəflər arasında razılaşdırılmamış məsələlər qalarsa gələcək zamanlarda onlar da öz həllini tapacaq. Belə anlaşılır ki, Azərbaycan hakimiyyəti Avropa İttifaqı ilə saziş imzalayacaq ancaq, bunun Gömrük İttifaqına daxil olmayacağı haqqında birmənalı fikir söyləməsinə də əsas vermədiyini nəzərinizə çatdırırıq.

Hələlik, rəsmilərin verdiyi açıqlamalarda Azərbaycanın Gömrük İttifaqına və gələcəkdə Avrasiya İttifaqına girəcəyi haqqında heç bir fikir səslənmir, əksinə çıxış edənlər belə bir addımın atılmayacağını əminliklə qeyd edir.
Source : Islamtimes
Comment