0
Sunday 24 November 2013 - 15:12

130 illik yubiley tarixin hansı dövrünə təsadüf etdi?

Story Code : 324147
130 illik yubiley tarixin hansı dövrünə təsadüf etdi?
130 illik yubiley tarixin hansı dövrünə təsadüf etdi?
Noyabrın 22-də prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Məlum olduğu kimi bütün müsəlman və şərq dünyasının ilk demokratik dövlət qurucusu kimi tanınan Rəsulzadənin 130 illik yubileyi 2014-cü ilə təsadüf edir.

Məhəmməd Əmin Rəsulzadə təkcə milli demokratik dövlət qurucusu, böyük siyasi xadim, türk dünyasının Atatürk qədər böyük öndəri kimi deyil həm də, bolşeviklər tərəfindən təqib olunan siyasi mühacir kimi də tarixdə yer alan şəxsiyyətdir.

Azərbaycanda çox az sayda adam tapılar ki, Rəzulzadəni böyük ehtiramla qarşılamasın. Ancaq onu da qeyd etmək lazımdır ki, Rəsulzadə bir şəxsiyyət və siyasi sima kimi təkcə bolşeviklər tərəfindən yox, həm də əliyevlər hakimiyyəti tərəfindən də təqib olub, yad edilmirdi, BDU-dən adı götürüldü. Ona görə İlham Əliyevin imzaladığı sərəncam hamı tərəfindən təəccüblə qarşılandı, eyni zamanda hamı buna sevindi, ən qatı müxalifətçilər belə bu sərəncamı alqışladılar. Bəlkə də burda bir məqsəd ola bilər. O da son zamanlar Azərbaycanın Avropa İttifaqı və Gömrük İttifaqı arasında qalması kimi bir durumla bağlıdır.

Görünür İlham Əliyev bu sərəncamla Rusiyadan gələ biləcək siyasi təzyiqlərdən müdafiə olunmaq, cəmiyyətin və siyasi dairələrin səfərbərliyinə nail olmaq üçün bu sərəncamı imzalayıb və həqiqətən çox ağıllı bir addım da atmış olub. Belədirsə, dünyaya meydan oxuyan Əliyev hakimiyyətinin də Rəsulzadə simasına ehtiyac duyuduğu tarixi zamanların olduğunu iddia etmək olar.
Source : Islamtimes
Comment