0
Friday 29 November 2013 - 01:20

Avropa yoxsa Rusiya ?

Story Code : 325561
Avropa yoxsa Rusiya ?
Avropa yoxsa Rusiya ?
Məlum olduğu kimi noyabrın 28-29-da Litva paytaxtında Avropa İttifaqının 3-cü Şərq tərəfdaşlığı sammiti keçiriləcək. Sammitdə keçmiş sovet ölkələri olan Ukrayna, Moldova, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistanın şərq tərəfdaşlığına cəlb olunması üçün saziş imzalanması təklif olunacaq. Bu ölkələr üçün hazırlanan sazişlərdə tələblər də, imtiyazlar da fərqli fəqlidir.

Azərbaycanın da yerləşdiyi keçmiş sovet məkanında olan cəmiyyətlərdə, Avropa İttifaqının 3-cü Şərq tərəfdaşlıq Sammitinə, Rusiyanın təklif etdiyi Gömük İttifaqının alternativ kimi meydana gəlməsi barədə müzakirələr hələ də davam etməkdədir. Vilnüs Sammitində dəvət almış və adları qeyd olunan respublikalar seçim qarşısında qalıb desək yanılmarıq. Onların arasında artıq seçim edən də var, Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, Avropa ilə tərəfdaşlıq sazişini imzalamayacaq və ölkəsi Gömrük İttifaqına daxil olacaq. Baxmayaraq ki, Ermənistan müxalifətində prezident Sarkisyanın bu qərarına qarşı çıxanlar var, onlar Avropa İttifaqına inteqrasiya tərəfdarıdır və bununla bağlı Yerevanda aksiyalar təşkil edib “Rus imperiyasına yox” deyirlər, Ermənistanın qərarı ilə Gömrük İttifaqının qurulması planında ciddi dəyişiklik olmayacaq.

Düzdür, Gömrük İttifaqı Rusiya, Belorusiya və Qazaxstan arasında artıq mövcuddur, buna baxmayaraq üçlük hələ keçmiş sovet məkanını tam əhatə etmir. Gömrük İttifaqının qurulmasında əsas və həlledici ölkələrdən biri və sonuncusu Ukraynadır. Orda isə vəziyyət son günlər kifayyət qədər gərginləşib. Belə ki, uzun müddət çək çevirdən, götür qoydan, tərəddüddən sonra, Ukrayna prezidenti Yanukoviç Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinə fasilə verdiyini bəyan edib. Bu qərarı həm Ukraynada həm də digər sovet məkanında belə qəbul olundu ki, Yanukoviç Avropa ilə əməkdaşlığa fasilə verirsə demək, Ukrayna Gömrük İttifaqına girmək haqqında qərar verəcək. Elə bu fikirlə də Kiyevdə Avropa tərəfdarları kütləvi şəkildə meydana axışdı, onu da deyim ki, ukrayna dilində meydan elə “maydan” olaraq da adlanır, yəni türk sözüdür, mənası da meydan deməkdir.

Kiyevdə artıq 4 gündür maydan başlanıb, minlərlə vətəndaş Maydana axışmaqla Yanukoviçi vətənə xəyanət etməkdən də çəkinməyiblər, bu ölkənin parlamenti – Radanın deputatı, dünya çempionu Vitaliy Kliçko aksiyalardakı çıxışında bəyan edib ki, “Maydan” hərəkatı o zamana qədər davam edəcək ki, Ukrayna Avropaya inteqrsiyaya başlasın.

Bütün bunlar Azərbaycan üçün də təsirsiz ötüşmür, Ukraynada baş verənlərə Azərbaycan mətbuatında və cəmiyyətində son dərəcə böyük diqqət var, bunun da əsas səbəbi ondadır ki, Ukrayna Rusiya qarşısında dirəniş gətirsə Azərbaycanda Avropa İttifaqı ilə daha sıx əlaqələri qura biləcək.

Əks halda Azərbaycan da Gömrük İttifaqına girmək məcburiyyətində qala bilər. Onu da qeyd edək ki, Ukrayna baş naziri Nikolay Azarov vediyi açıqlamada bəyan edib ki, tərəfdaşlıq sazişinə fasilə verilməsi ölkənin hələ Gİ-na girməsi anlamına gəlməməlidir. Ancaq Avropa Birliyinin mətbuat xidmətinin bu gün yaydığı xəbərə görə noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Sammitdə İlham Əliyev şəxsən iştirak edəcək, avropalıların yaydığı xəbəri rəsmi Bakı iştirak edəcək.

Bu barədə Avropa Birliyinin mətbuat xidməti məlumat yayıb. Rəsmi Bakı isə bu barədə məlumatı nə təkzib edir nə də təsdiq. Ancaq ötən həftə XİN-dən verilən açıqlamalarda deyilirdi ki, Vülnüs Sammitində Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil oluna bilər.

İstənilən halda Azərbaycanın təmsil olunacağı və Avropa ilə viza rejiminin sadələşdirilməsi haqqında keçid sənədləri imzalanacağı dəqiqdir. Yəni Azərbaycan Ukraynadan fərqli olaraq tərəfdaşlıq proqramına fasilə vermir. Bəzi siyasətçilər, ekspertlər elə hesab edir ki, İlham Əliyev Rusiyanın ciddi basqısına məruz qalsa avrointeqrasiya prosesini ən azı ləngidə bilər.

Bizim zənnimizcə isə Rusiya Əliyev qarşısında Avropa İttifaqı ilə sıx inteqrasiyanın əleyhinə deyil, ən azı ona görə ki, Ukrayna məsələsi hələ tam həllini tapmamış qalır.
Source : Islamtimes
Comment