QR CodeQR Code

İsrailin qəzəbi İranın haqlı olduğunu göstərir

3 Dec 2013 14:12

IslamTimes - Şiraz ruhanilər cəmiyyətinin üzvü höccətül-islam vəl-müslimin Əli Əkbər Kələntəri “Fars” xəbər agentliyinə verdiyi müsahibədə 5+1 ilə İran arasında müzakirələrə münasibət bildirib.


Höccətül-islam vəl-müslimin Əli Əkbər Kələntəri deyib: “Hətta hesab etsək ki, İranın nüvə proqramı ilə bağlı son müzakirələrdə tam müvəffəqiyyət əldə olunmayıb, İsrailin bu müzakirələrdən dolayı qəzəblənməsi Tehranın uğurunu göstərir.” O əlavə edib: “Böyük rəhbərlik məqamının himayəsi və İran xalqının iradəsi sayəsində 6 aydan sonra tam müvəffəqiyyət qazanıldı və İran xalqının haqqı sübuta yetdi.”
 
Kələntəri bildirib: “Hər halda böyük rəhbərlik məqamının tövsiyələri səbəb oldu ki, daha dəqiq və ölçülü addımlar atıldı. Cənab rəhbər bir müddət öncə siyasi qəhrəmanlıq və fədakar təlaş mövzularını irəli sürməklə müzakirələrə düzgün istiqamət verdi.”
 
Höccətül-islam vəl-müslimin Əli Əkbər Kələntəri buyurub: “Cənab rəhbərin fədakarlıqla təlaş barədə tövsiyələri düşündürücüdür. Onun bəyanatları arxasında dərin düşüncə, dini prinsiplər dayanıb. Cənab rəhbərin buyurduğu prinsiplər yanaşı işləndikdə böyük məna kəsb edir. Böyük rəhbər təlaş, mehribanlıq, sülhməramlılıq və dostluq prinsiplərini siyasi qəhrəmanlıqla yanaşı qoydu. Əgər qəhrəmanlıqla sözü təklikdə işlənsə təsəvvürə gələn yalnız qələbə olar.”
 
Şiraz ilahiyyat universitetinin müdiri cənab Kələntəri buyurub: “Qəhrəmanlıq sözündə rəqib üzərində üstünlük xüsusiyyəti görünür. Qəhrəmanlığa gedən özünü qarşı tərəfdən üstün görür. Cənab rəhbərin qəhrəmanlıq ifadəsini mehribanlıq və sülhməramlılıqla yanaşı qoyması qəhrəmanlıq ifadəsinə yeni xüsusiyyət verib. Sülhməramlı qəhrəmanlıqda bir izzət var ki, bu izzəti Quran mühüm sayır.”
 
Kələntəri əlavə edib: “Həqiqi izzət Allaha yaxın insanların xüsusiyyətidir. İnsan Allaha yaxınlıqla başını uca tutaraq izzətlə mübarizə apara bilər.”
 
İlahiyyat universitetinin rəisi deyib: “Hikmət deyəndə məsləhət, münasib yol mənaları nəzərdə tutulur. Bir məsələdə fərd və cəmiyyət, ümmətin mənafeyi yalnız hikmət əsasında təmin oluna bilər. Hər bir müzakirə, dialoq, anlaşma izzət, hikmət və iqtidar əsasında aparılmalıdır.”
 
Universitetinin rəisi vurğulayıb ki, ilkin İslam tarixində belə nümunələr çox olub. Höccətül-islam vəl-müslimin Kələntəri Hüdəybiyyə sülhü və Məkkənin fəthi hadisələrini yada salıb. Ustad buyurub ki, Məkkənin fəthində Peyğəmbər (s) böyük iqtidar sahibi olsa da qəhrəmanlıqla yanaşı mülayimliklə meydana girdi və bu üsul İslamı bütün Hicaz və məntəqəyə hakim etdi. 
 
Kələntəri buyurub: “İslamda sülh və barışıq müharibədən önəmlidir. Öncə dialoq və anlaşma, nəticə alınmadıqda mübarizə yolu seçilir. Mədəniyyətlərin dialoqu, idealların tanıtdırılması müzakirələr yolu ilə mümkün olur. Müharibə isə maneələri aradan qaldırmaq üçündür. İstənilən bir halda mülayimliklə müşahidə olunan bir qəhrəmanlıq məqsədə çatmaq üçün ən münasib bir yoldur və İslamın dəyərlərindən sayılır.”


Story Code: 325908

News Link :
https://www.islamtimes.org/az/fori_news/325908/israilin-qəzəbi-iranın-haqlı-olduğunu-göstərir

Islam Times
  https://www.islamtimes.org