0
Friday 30 July 2010 - 05:32

Ağ Ev Türkiyədən ehtiyacsız deyil

Story Code : 32629
Ağ Ev Türkiyədən ehtiyacsız deyil
Ağ Ev Türkiyədən ehtiyacsız deyil
ABŞ Konqresində Türkiyənin xarici siyasəti ilə bağlı dinləmələrdə iştirak edlən keçmiş diplomat Ross Uilson bildirib ki, Cənubi Qafqazda hələ də etimad atmosferinin möhkəmlənməsinə ehtiyac var. Türkiyənin xarici siyasəti ilə bağlı tənqidlərin də səsləndiyi dinləmələrdə 1915-ci il hadisələri ilə bağlı bu dəfə Türkiyənin mövqeyini və real faktları əks etlirən sənədli film də nümayiş olunub.
Müzakirələri açan Xarici Əlaqələr Komissiyasının rəhbəri Hovard Berman Türkiyənin ABŞ-ın strateji müttəfiqi olduğunu deməyə bilməyib. O, ölkəsi ilə Türkiyə arasındakı fikir ayrılıqlarından da danışıb. Daha sonra çıxış edən Amerikanın Türkiyədəki sabiq səfiri Ross Uilsonun çıxışı isə əsasən Ermənistanla Türkiyənin münasibətləri və Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Ross Uilson bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdardır və Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda başqa hansısa planların həyata keçməsindən danışmaq yersizdir. Ross Uilson deiyb ki, istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də Türkiyə Ermənistan münasibətləri sahəsində etimad atmosferinin möhkəmlənməsinə ehtiyac var.» Ross Uilson belə deyib. Onun sözlərinə görə, Cənubi Qafqaz hələ də qeyri-sabit və hadisələrin hər an dəyişə biləcəyi regiondur.Rusiya ilə Gürcüstan arasında münaqişə isə Türkiyə-Ermənistan barışığına təkan verib. Cənubi Qafqazdakı vəziyyətdən narahatlığını ifadə edən Ross Uilson Türkiyənin terrorizmlə mübarizə, Əfqanıstan, Pakistan və İraqdakı sabitləşmə prosesində Birləşmiş Ştatlara verdiyi dəstəyin danılmaz olduğunu da vurğulayıb. Keçmiş diplomat hesab edir ki, Birləşmiş Ştatların Türkiyə ilə birgə işləməkdən başqa çarəsi yoxdur. Bu mürəkkəb proses ola bilər, lakin bütün fikir ayrılıqlarına baxmayaraq, Türkiyə strateji müttəfiqdir. Konqresdə 1915-ci il hadisələrini düzgün əks etdirən və bir qədər əvvəl ermənilərin təqdim etdiyi qonlarma soyqrıma dair filmi tamamilə təkzib edən sənədli film də nümayiş etdirilib.
Comment