0
Wednesday 4 December 2013 - 16:47

Nifaq salanlar öz işindədir

Tədbirdə İran torpaqlarından daha çox danışılıb nəinki Qarabağdan.
Story Code : 327394
Nifaq salanlar öz işindədir
Nifaq salanlar öz işindədir
Dekabrın 2-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası başlayıb. Həm UNESCO-nun həm də digər beynəlxalq təşkilatların tez tez Azərbaycanda tədbir keçirməsi adi hal alıb ki, bu da ölkənin beynəlxalq aləmdə təbliği üçün önəmli olardı, di gəl, beynəlxalq tədbirlərin keçirilməsindən istifadə edib əlliyev rejimi daha çox öz hakimiyyətini təbliğ etməklə məşğuldur.

8-ci sessiyada daha çox gündəmə gələn məsələ Çovqan idman oyunlarının UNESCO-nun qeyri maddi mədəni irsi kimi təşkilatın reyestrindən keçməsidir.

Birinci baxışdan bu məsələ bir mədəniyyət aktı kimi qəbul oluna bilərdi, lakin bu günlərdə məlum oldu ki, Çovqan idman oyunlarına mədəni irs kimi Azərbaycandan başqa həm də İran iddialıdır.

İslam Respublikasının mətbuatında qeyd olunur ki, Çovqan oyunlarını Azərbaycan tərəfi cürbəcür hiylə ilə UNESCO-da qeydiyyatına salınmasına çalışır. Eyni zamanda o da qeyd olunur ki, Azərbaycan hər fürsət düşdükcə İranın ərazisni öz torpaqları kimi bilib, İslam Respublikasına iddia edir.

Onu da vurğulayaq ki, UNESCO-nun tədbirində jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Çovqan oyunlarının təşkilatın siyahısına Azərbaycanın qeyri maddi irsi kimi salınması üçün bütün prosedurlar keçib və artıq qeydiyyat baş tutacaq. İran tərəfinin etirazına reaksiya verən nazir iddia edib ki, İranla aparılan danışıqlardan məlum olur ki, cənub qonşumuzun Çovqan oyunlarını inkişaf etdirmək imkanı yoxdur və bu irsin qorunması üçün Azərbaycanın qəbul etdiyi qərar doğru qərardır. Lakin İslam respublikasında belə hesab etmirlər, onların fikrincə Çovqan İran oyunlarıdır və əliyev rejiminin növbəti qurbanı kimi İranın əlindən çıxa bilər, daha doğrusu artıq çıxıb. Ərazi məsələsi isə daha ciddidir, həqiqətən, həm Azərbaycanın orta məktəblərində tədris olunan dərsliklərdə İranın şimal bölgələri Azərbaycan ərazisi kimi qeyd olunur, həm də zaman zaman Azərbaycanın rəsmi şəxsləri, deputatları beynəlxalq aləmdə iddia edir ki, Azərbaycanın böyük bir hissəsi İranın istilası altındadır. Bəlkə bu məsələyə tarixçilər qiymət versəydi elə də ciddi problemlərin yaşanmasını gözləmək olmazdı, ancaq deputatların, siyasətçilərin, rəsmi adamların bu cür iddiaları İranın ərazi bütövlüyünü şübhə altına almış olur.

İslam Respublikası isə bu məsələdə hələlik təmkin, səbr nümayiş etdirməklə şimal qonşusunu yola verir. Ancaq məsələ bir tək bununla da bitmir, İranla Azərbaycan arasında nifaq salamq istəyən qüvvələr dinc durmur, bu günlərdə mətbuatda yayılan xəbərlərə görə İranla Azərbaycan arasında olan sərhəd keçid məntəqəsində silahlı insident baş verib və nəticədə bir azərbaycanlı zabit həlak olub, digər ikisi isə yaralanıb.

Azərbaycan mətbuatı bu xəbəri elə bir səpkidə yaydı ki, silahlı atışma İranla Azərbaycan hərbiçiləri arasında baş verib, iranlı hərbiçilərin hücumu nəticəsində isə Azərbaycan bir hərbiçisini itirib. Növbəti gün yenə Azərbaycan mətbuatının yaydığı xəbərlərdə İranın Sərhəd Qoşunları Komandanı, general, Hüseyn Zülfüqari adından yayılan açıqlama elə bir səpkidə təqdim olunur ki, cəmiyyətdə iranlı generalın Azərbaycanı təhdid etməsi əminliyi yaransın.

Daha sonra İslam respublikasının səfirliyindən gələn açıqlamalarda bildirilir ki, İranla Azərbaycan arasında hər hansı bir silahlı insident olmayıb və iranlı generalın adından yayılan açıqlama da həqiqəti əks etdirmir. Bu cür hallar birinci dəfə deyil, zaman zaman Azərbaycan çox sayda mətbuat orqanları iki ölkə münasibətlərinə xələl gətirmək üçün əlindən gələni edir, di gəl tendensiya davam edərsə nəticənin müsbət olacağını heç kim düşünə bilməz.

Silahlı insidentin baş verdiyi iddia olunan günün ertəsi məlum oldu ki, Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş vermiş silahlı insident heç də İranla Azərbaycan arasında baş verməyib, sadəcə olaraq Azərbaycan hərbiçiləri arasında mübahisə yaranıb, sonradan bu mübahisə silahlı qarşıdurmaya qədər inkişaf edib.

Bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı olan adamlar heç də sıravi vətəndaşlar yox, Azərbaycan hakimiyyətində səlahiyyət sahibləridir.

Bu arada Bakıda keçirilən “Türk dünyası bir olsun” adlı konfrans keçirilir. İctimai birliklər səviyyəsində təşkil olunan bu tədbirə Azərbaycan hakimiyyəti maliyyət dəstəyi verir və konfransa orta asiya ölkələri, Türkiyə, İraq, Rusiya, Moldova və Ukraynadan gələn türk gəncləri qatılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bəyan edib ki, türk gəncliyinin gələcəkdə ən önəmli vəzifəsi İrandakı türklərin əsarətdən azad olması üçün birləşməsi və bu yöndə əməli işlər aparmasıdır.

Bu cür çağrışlarla dolu çıxış edən deputatın fikrincə İranın böyük bir ərazisi türk torpaqlarıdır və onlar azad olunmalıdır. Maraqlı burasındadır ki, tədbirdə İran torpaqlarından daha çox danışılıb nəinki Qarabağdan.
Source : İslamtimes
Comment