QR CodeQR Code

Müxalifətdə nə var nə yox?

Islamtimes , 5 Dec 2013 07:42

Islamtimes - Müxalifət özünü faktiki qalib sayır, ancaq bu qələbəni rəsmiləşdirə bilməyib.


Azərbaycan müxalifəti seçkidən sonra aldığı ənənəvi zərbənin hələ də təsiri altındadır. Ona görə ənənəvi deyirik ki, son 23 ildə müxalifət seçkidə daima uduzur və sonra da öz aralarında savaşa başlayır.

Bu dəfə də müxalifət Milli Şurada bir araya gəlib prezident seçkisinə qatıldı, düzdür seçki saxtakarlığı baş verdi, müxalifət özünü faktiki qalib sayır, ancaq bu qələbəni rəsmiləşdirə bilməyib.

Bundan sonra söz qalxdı ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Şuranın sədrliyindən getməlidir və bu mesajı alan Rüstəm bəy də Şuraya məktub yazaraq sədrlikdən getmək arzusunu ifadə etdi, dünənki, sessiyada isə Milli Şura özünə Cəmil Həsənlini sədr, Rüstəm İbrahimbəyovu isə fəxri sədr seçdi. Ancaq bütün bunlar yorğan altında olan davadan başqa bir şey deyil, çünki bu cür fəaliyyətlə müxalifət ən yaxşı halda gündəmdə qalmaq üçün çapa göstərmiş olur, hakimiyyətə gəlməsi üçünsə ayrı səpkili fəaliyyət lazımdır ki, nəticə də olsun.


Story Code: 327893

News Link :
https://www.islamtimes.org/az/fori_news/327893/müxalifətdə-nə-var-yox

Islam Times
  https://www.islamtimes.org