0
Friday 6 December 2013 - 08:00

Azərbaycanlılara hər yerdə hədəfdə

11 azərbaycanlı qətlə yetirilib.
Story Code : 327898
Azərbaycanlılara hər yerdə hədəfdə
Azərbaycanlılara hər yerdə hədəfdə
Bu arada Azərbaycan cəmiyyətində yanacağın qiymətindəki artım şokundan özünə gələ bilməyən vətəndaşlarımız bazar və dükanlara gedərkən ərzaq və qeyri ərzaq mallarının da artımı ilə qarşılaşan zaman, bir çoxları vətəndəki zülmdən bezib Rusiyaya üz tutmaq haqqında düşünərkən orda da azərbaycanlılar terror, ölümcül hücumlarla qarşılaşır.

Bir gündə Rusiyadan onlarla azərbaycanlılara ölümcül hücumların baş verdiyi xəbərləri ardı arası kəsilmədən gəlir.

Dekabrın 5-də Rusiyanın Tever, Murmansk, Voronej, Novosibirsk, Kaluqa, Sankt-Peterburq, Yaroslav və Belqorod şəhərlərində azərbaycanlıların hücuma məruz qalmaları barədə xəbələr yayıldı.

Hücumlar ayrı ayrı şəhərlərdə baş versə də motiv birdir- yerli rus faşistləri azərbaycanlı miqrantları ölkədən getməsinə məcbur etmək üçün onlara hücumlar təşkil edir.

Hücumlara məruz qalan azərbaycanlılar arasında miqrantlarla yanaşı, Rusiya vətəndaşı olan sahibkarlar da var. Verilən məlumatlardan bəlli olur ki, təkcə bir gündə- dekabrın 5-də adları qeyd olunan şəhərlərdə yanğın və terror kimi hadisələr nəticəsində 11 azərbaycanlı qətlə yetirilib.

Əfsuslar olsun ki, bu hadisələrə nə əliyev rejimi reaksiya verir, nə də yerli mətbuat geniş işıqlandırmaqla ictimai müzakirələr təşkil edir. Bir sözlə, azərbaycanlılara nə öz vətənində, nə də digər heç yerdə salamat, sabit, dinc həyat yoxdur kimi fikir formalaşır.
Source : Islamtimes
Comment