QR CodeQR Code

Ədlət varmı ?

Islamtimes , 7 Dec 2013 23:57

İslamtimes - Qurban Məmmədovun birinci həbsi deyil .


Dekabrın 6-da Nəsimi rayon məhkəməsi, tanınmış vəkil Qurban Məmmədova 3 il azadlıqdan məhrum olunmaqla həbs cəzası kəsdi.

Vəkil Qurban Məmmədov CM-nin 263.1 və 299.1 maddələri ilə ittiham olunurdu. Birinci maddəyə görə yol hərəkəti qaydalarını pozma, ikinci maddə ilə isə zərərçəkmişi pulla ələ alma hərəkətlərində günahkar bilinib.

Yəni Qurban Məmmədov maşınla gedərkən qəza törədib, hərəkət edən piyadanı maşınla vurub zədələyib, sonra da ona pul təklif edib ki, şikayət etməsin. Ancaq həmin şəxsə hüquq mühafizə orqanları təzyiq göstərərək ondan Qurban Məmmədov əleyhinə ifadə alıblar, şikayət verməsini tələb edib vəkili müttəhim kürsüsünə çıxarıblar.

Məhkəmələr də Azəbaycanda necə keçir bunu hamı bilir və nəticədə heç nədən Qurban Məmmədov kimi vəkil 3 il azadlıqdan məhrum olunub. Hansı ki, Azərbaycanda hər gün, əzı 5-6 nəfər adam yol qəzasında həyatını itirir ancaq baxdıqda hələ heç kim nəinki 3 il həbs olunur, heç ümumiyyətlə 3 gün də həbsdə qalmır.

Bu da o deməkdir ki, Qurban Məmmədovun həbsi sırf siyasi sifariş idi. Ona görə ki, tanınmış vəkil tez tez siyasi bəyanatlarla çıxış edir, hakimiyyəti tənqid edirdi. Onu da qeyd edək ki, bu Qurban Məmmədovun birinci həbsi deyil, daha əvvəl buraxdığı qəzetdə hakimiyyəti sərt tənqid etdiyi üçün həbsdə olmuşdu.

Vəkil ovu Azərbaycan hakimiyyətinin siyasətinin ayrılmaz tərkib hissəsidir, çünki xalqın ayağa qalxmasında, vətəndaş cəmiyyəti quruculuğunda onların rolu böyükdür.


Story Code: 328409

News Link :
https://www.islamtimes.org/az/fori_news/328409/ədlət-varmı

Islam Times
  https://www.islamtimes.org