QR CodeQR Code

məlik Əbdullanın səfərləri Livana qarşı müharibəyə hazırlıqdır

IRIB , 1 Aug 2010 11:49

Yaxın Şərq məsələləri üzrə bir ekspert Ərəbistan padşahi məlik Əbdullanın region ölkələrinə səfərlərinin İsrail rejiminin Livana qarşı yeni müharibəsinə hazırlıqməqsədini daşıdığını bildirib.


Yaxın Şərq məsələləri üzrə ekspert Hadi Məcidi Fars xəbər agentliyi ilə müsahibədə Ərəbistan paşahi Əbdulla və Suriya prezidenti Bəşşar Əsədin üçtərəfli görüşdə iştirak etmək məqsədi ilə Livana səfər etmələri haqda deyib: məlik Əbdullanın Misir prezidenti, İordaniya padşahi və Suriya prezidenti ilə görüşlərinin ardınca Suriya prezidenti Bəşşar Əsədlə birlikdə Livana səfər etməsinin mahiyyətini dərk etmək üçün öncə Livanın hazırkı daxili siyasi vəziyyəti ilə tanış olmaq lazımdır.



Hadi Məcidi Livanda yeni hakimiyyətin təşkil olunması ilə qüdrət tarazlığının müqavimətin xeyrinə dəyişdiyinə işarə edərək, deyib: Bu məsələ 14 Mart cəbhəsini passivləşdirmiş və süqut mərhələsinə yaxınlaşdırmış oldu. Cunbəlatın bu qrupdan kənarlaşması isə 14 Mart qrupunun daha da zəifləməsinə səbəb oldu.



Yaxın Şərq məsələləri üzrə ekspert Hadi Məcidi 14 Mart qrupunun öz iqtidarını bərpa etmək üçün ABŞ və İsrail rejiminin göstərişləri ilə Livan üçün yeni planlar hazırladığına işarə edərək, deyib: Onlar Livanın daxili vəziyyətini müqavimətin zərərinə dəyişmək üçün İsrail rejimi ilə əlaqələrə malik olan Səmir Cəcə, Həriri və Sinyore kimilərinin başçılıq etdikləri qruplardan istifadə yolu ilə bir sıra fərqli planlar nəzərdə tutublar ki, indiyə kimi bu istiqamətdə bir sıra müxtəlif layihələr icra ediblər.



H.Məcidi Livanın daxili siyasi vəziyyətinə zərbə vurmaq üçün nəzərdə tutulmuş bu planın bir hissəsini müdafiə strategiyası məsələsinə təzyiq göstərmək adlandırıb. Belə ki, bu məsələ Cəcə və 14 Mart qruplaşmasının qalıqları tərəfindən izlənilsə də heç bir nəticə əldə edə bilmədi.



Yaxın Şərq məsələləri üzrə ekspert bu hadisələrin ardınca Livanın cənubunda fransız hərbçilərin UNİFEL qüvvələri çərçivəsində təhrikedici hərəkətə əl atmalarına işarə edərək, bunu əlavə imtiyazların əldə edilməsi istiqamətində dəyərləndirdi.



O, UNİFEL qüvvələrinin Livanın cənubunda yerli əhali ilə toqquşmasına işarə edərək, əlavə edib: Bu hərəkət Təhlükəsizlik Şurasının məsələyə müdaxilə etməsi və sülhü mühafizə qüvvələrinin səlahiyyətlərini artırmaqla vəziyyəti müqavimətin zərərinə dəyişməsi üçün nəzərdə tutulmuşdu, lakin heç bir nəticə vermədi.



H.Məcidi Rəfiq Həririnin terror edilməsi məsələsi ilə bağlı təşkil olunmuş beynəlxalq məhkəməni Livana qarşı təzyiqlərin digər dalğası adlandıraraq, bu təzyiqlərin ABŞ və İsrail rejiminin himayələrinə malik olduğunu deyib və əlavə edib: Rəfiq Həririnin terror edilməsi məsələsini araşdıran beynəlxalq məhkəmənin prokuroru Belmarın hesabatının sentyabr ayında yayımlanması ərəfəsində bu haqda İsrail rejimi başçıları tərəfindən bəzi fikirlər səsləndirilib.



Məcidi bu hesabat vasitəsi ilə Livanda vəziyyətin gərginləşdirilməsinə səy göstəriləcəyi haqda xəbərdarlıq edərək, deyib: Livanın daxili imkanlarından istifadə yolu ilə Belmarın hesabatında yer alacaq məsələlər haqda siyasi və media baxımından aktiv himayələr edilməlidir.



Yaxın Şərq məsələləri üzrə ekspert Hadi Məcidi 14 Mart qrupunun münasib vəziyyətə malik olmadığı üçün Ərəbistan kralı Kral Abdullanın bu qrupa dəstək vermək və onun mövqeyini gücləndirmək üçün Livana səfər etdiyinə işarə edərək, deyib: Kral Abdulla Livana səfərini elə proqramlaşdırıb ki, Suriya prezidenti Bəşşar Əsəd ilə bir vaxtda Beyruta daxil olsun.



Məcidi neft hesabına əldə edilən dollarları Ərəbistanın keçmişdə olduğu kimi yeganə təsir vasitəsi adlandıraraq, deyib: Səudiyyə Ərəbistanı rəsmilərinin maliyyə və siyasi baxımdan Livanın daxili işlərinə müdaxilələri keçmişdə də müşahidə olunub. Belə ki, Livanda parlament seçkiləri zamanı və ondan daha öncə də bu müdaxilələrin şahidi olmuşuq.



"Səudiyyə Ərəbistanı Livanda milyardlarla dollar pul xərcləməsinə baxmayaraq, Ərəbistan hökumətindən asılı qüvvələrin yalnız ABŞ və İsrailin maraqlarını təmin etmək sahəsində fəaliyyət göstərməklə özlərinin xalq yanındakı bazalarını itirmələrindən nigarandır"-deyə Məcidi əlavə edib.



Məcidi Livan Hizbullahının Belmar hesabatı vasitəsi ilə planlaşdırılan fitnəkarlıq qarşısında hazır olduğunu bildrməsinə işarə edərək, deyib: Hizbullah hər bir şəraitə uyğun olaraq, münasib proqramlara və həll yollarına malikdir və bu yeni fitnəni də yerindəcə məğlubiyyətə uğradacaq.



Qərb medialarının məlik Əbdullanın səfərini sabitlik yaradacaq səfər kimi qələmə vermələrinə işarə edən siyasi şərhçi Ərəbistan kralının region ölkələrinə səfərinin Livanın siyasi sabitliyini pozmaq və bu ölkənin siyasi vəziyyətini 14 Mart qruplaşmasının xeyrinə dəyişmək kimi bir mahiyyətə malik olduğunu vurğulayıb.



Hadi Məcidi həmçinin bildirib ki, məlik Əbdullanın region ölkələrinə səfəri İsrail rejiminin Livana qarşı yeni bir müharibəyə başlamasına zəmin yaratmaq məqsədini daşıyır.



Region ölkələrində müqavimət cəbhəsinin vahid struktura malik olduğunu deyən siyasi şərhçi ABŞ və İsrail başçıları və Qərbin media vasitələrinin son aylar ərzində İran və müqavimətə qarşı nisbətən kobud və hədələyici mövqedən çıxış etmələrinə işarə edərək, Livanın daxili vəziyyəti və siyasi tarazlığını pozmağı onların İran, Fələstin, İraq və Əfqanıstanla bağlı növbəti hərəkətlərinin başlanğıc nöqtəsi adlandırıb.



Məcidi əlavə edib: Bu səfər Livanın daxili siyasi vəziyyətini ABŞ və İsrailin xeyrinə dəyişmək üçün birgə şəkildə planlaşdırılmış hərəkətin start nöqtəsi sayılır. Belə ki, bu səfərdən öncə Həriri Fransa, Misir və Birləşmiş Ştatlara olan səfərləri zamanı bu səfərin mahiyyəti və detalları haqda ahəngdarlıq yaratmışdır.



Hadi Məcidi Qətər əmirinin də Livana səfər etməsinə işarə edərək, deyib: Qətər əmiri 33 günlük müharibədən sonra müsbət mövqe nümayiş etdirmək və Livanın cənubunda quruculuq işlərində iştirak, habelə müqavimət qarşısında münasib mövqedən çıxış etməklə bu ölkədə müsbət bir imic qazanmış oldu. Hazırda da Qətər əmiri Livanın cənubunda bir neçə abadlıq layihəsinin istifadəyə verilməsi mərasimlərində iştirak etmək üçün bu ölkəyə səfə edir. Lakin hazırda Livanın çox həssas bir siyasi dövrü təcrübə etməsini nəzərə alaraq, Qətər əmirinin Bəşşar Əsədlə yanaşı, Ərəbistan və Misir kimi saziş tərəfdarı olan ərəb ölkələri qarşısında yer aldığını demək olar.



Məcidi bu görüşlərə İran İslam Respublikasının münasibəti haqda isə deyib: İran bu səfərlər və onların mahiyyəti ilə bağlı aşkar mövqe sərgiləyib və bu mövqe Livanın sabitliyi, birliyi və müstəqilliyini himayədir.



Hadi Məcidi sonda deyib: İran Cəcə və Qərbin casusluq orqanları ilə əlaqəyə malik olan Sinyore qrupu kimi şübhəli cərəyanlar qarşısında çox aydın bir mövqeyə malik olub və bu kimi cərəyanların Livanın düşmənləri ilə bir cəbhədə yer aldıqlarına inanıb və hazırda Tehran Livan məsələlərini, regionda cərəyan edən səfərləri və onların mahiyyətlərini diqqətlə izləyir.


Story Code: 32881

News Link :
https://www.islamtimes.org/az/fori_news/32881/məlik-əbdullanın-səfərləri-livana-qarşı-müharibəyə-hazırlıqdır

Islam Times
  https://www.islamtimes.org