0
Monday 9 December 2013 - 23:00

2014-cü il Dolların ölüm ili olacaq?

Story Code : 329781
2014-cü il Dolların ölüm ili olacaq?
2014-cü il Dolların ölüm ili olacaq?
Bülent ESİNOĞLU

Biz də modadan geri qalmadıq.
Amerika ölmədən dollar ölərmi? Ya da ABŞ ölərkən dollar da onunla birlikdə öləcəkmi?
Necə olacaq naməlumdur, amma xalq arasında dolların 2014-cü ildə öləcəyi danışılır, müzakirə edilir. Müzakirə və mübahisələr də elə-belə sıravi şəxslər arasında deyil, ciddi iqtisadçılar arasında gedir.

Müzakirələrin iki tərəfi var.
Kağız alıb kağız satan, adına maliyyə deyilən qrup Amerikanın böhrandan çıxmaqda olduğunu söyləyir.
İqtisadiyyatın istehsalına tərəfkeşlik edən qruplar isə iqtisadiyyatın deqradasiya etdiyini və işin daha da pisə doğru inkişaf etdiyini ifadə edirlər.

Halbuki 17 trilyon dollar borcu olan ABŞ nəinki böhrandan çıxır, yeni borclar üçün Çinin qapısını döyməyə davam edir.

Bunun bariz sübutu isə Amerikan prezident müavini Bidenin Çin səfəridir. Görüşdə Çin rəsmiləri ilə yeni borcları müzakirə etdilər.

Amerika Almaniyadakı “General Motor”a aid Opel fabrikini Amerikaya köçürmə qərarına gəldi. Amerika elə çətin vəziyyətdədir ki, Amerikadakı işsizliyə çarə olacaq deyə, xarici ölkələrdəki sərmayələrini Amerikaya çəkmək üçün qərarlar həyata keçirir.

Çox böyük, çox qüdrətli sandığımız ABŞ-da 40 milyon nəfər qida yardımı (food stamp) alır.
Hətta Amerikan dövlətinin ayda 85 milyard dollar çap etməsi 2008-ci ildən bu yana Amerikanın böhrandan çıxmasına çarə olmadı.

Hərbi məğlubiyyətlər, siyasi dəyişikliklər, gizli və çirkli müharibələr, istehsalın aşağı düşməsi dolların aqibətini təyin edən ünsürlər oldu.

AKP-nin Suriya məğlubiyyətinin nəticələri haqqında bir məqalə yazmışdım.
O məqalədə Dolların ölümünü hazırlayan nəticələr kimi AKP-nin sonunu hazırlayan nüanslara toxunmuşdum.

AKP-nin sonunu hazırlayan üç təməl nüansı bir daha təkrar etmək istəyirəm.
1 –Suriyadakı məğlubiyyəti, 2- Türk Silahlı Qüvvələrinin əsgərlərə verilməsi və 3- bu bölgüyə etiraz edən Türk xalqının müqavimətinin iqtidar mövqelərinə endirdiyi zərbələr.

Bu günlərdə iqtidar mövqelərdən bəzi səlahiyyətlilərinin Mustafa Balbayın müraciətindən sonra Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarı alqışlamaları yuxarıda ifadə etməyə çalışdığım məğlubiyyətin nəticələrindən biridir.
AKP-nin F- tipini günahlandırması, Gülənin AKP-nı günahlandırması və günahı bir-birlərinin üstünə atması əsl məğlubiyyətin nəticələrini təxirə salma səyidir.
Məhbus KCK-li millət vəkilləri və Balbayın azadlığa buraxılmasına uyğunlaşdırılan bu proses bununla bitməyəcək.
Balyoz və Ergenekon əsgərləri tərəfindən əsir alınanların buraxılmasına qədər uzanacaq bir prosesin içinə girdik.
Kürd dilində təhsilin önünü açmaq, Açılım müddətini inkişaf etdirmək üçün gərginliyi azaltmağı planladıqları və həmişə bir ağızdan əsirlərə azadlıq demələri bunun nəticəsidir.
Source : Islamtimes
Comment