QR CodeQR Code

Avropadan nə xəbər?

Islamtimes , 14 Dec 2013 13:59

İslamtimes - Mövcud vəziyyətdə Avropa İttifaqı heç bir postsovet ölkəsinə avrointeqrasiya siyasətində ümidsiz durumda olduğunu düşünmür.


Ukraynada “Avromaydan” hərəkatının 20 gündən çox davam etdiyi bir dönəmdə Avropa İttifaqının postsovet məkanındakı ölkələrlə əvvəlkinə nisbətə daha yumşaq davranması anlaşılandır, çünki ortalıqda Rusiya amili var.

Onu da deyək ki, Avropa təsisatları elə həmişə bu məkanın ölkələri ilə yumşaq davaranıb, bircə Belorusiya hakimiyyətinə qarşı qismən qətiyyət göstəriblər ki, o da əvvəlki zamanlarda baş verdi, sonralar müqavimət gördükdən sonra təpkiləri dəyişdi.

Yəqin bu baxımdan Azərbaycanla Aİ arasındakı münasibətlər qəbul olunmuş yanaşma standartlarından kənarda qalmır, qısa intervalla da bir neçə tədbir keçirilir.

Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq şurasının 14-cü iclası keçirilib. Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füle arasında keçirilən görüşdə həm Dağlıq Qarabağ Ermənistan Azərbaycan münaqişəsi müzakirə olunub, həm də noyabrın 28-də Vilnüsdə keçirilən zirvə toplantısı zamanı viza rejiminin sadləşədirilməsini nəzərdə tutan sazişin daha geniş spektri əhatə etməsi perspektivləri müzakirə olunub.

Azərbaycan tərəfinin həmişəki kimi Dağlıq Qarabağ münaqişəsində Avropadan Ermənistana qarşı gözlədiyi diplomatik təzyiqini bu dəfə də qaldırmasının əsaslı səbəbi var. Məlumdur ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq haqqında qərar verib və qərarı Avropada Ermənistana qarşı Azərbaycanın istifadə etməsi cəhdi təbiidir. İntəhası məsələ burasındadır ki, avropalılar üçün Dağlıq Qarabağ münaqişəsində tərəflərdən hər hansı birinə təzyiq göstərməsi qəbul olnan deyil, ən azı bu vaxta qədər belə olub, indi də fikirlərini hələ ki, dəyişmək niyyətində deyillər, baxmayaraq ki, Ermənistan Gömrük İttifaqına daxil olur.

Əksinə avropalılar hələ də ümid edirlər ki, Cənubi Qafqaz heç də tam olaraq Rusiyanın təsir altında deyil və buna görə də əlaqələr davam etməlidir, elə bu gün yayılan məlumat da bunu iddia etməyə əsas verir.

Azərbaycan 9 oktyabrdan sonra prezident seçkilərini tənqid etidiyi Avronestlə əlaqəsini kəsən Azərbaycana Avropa Parlamenti tövsiyyə edib ki, bu əlaqələri bərpa etsin. Mövcud vəziyyətdə Avropa İttifaqı heç bir postsovet ölkəsinə avrointeqrasiya siyasətində ümidsiz durumda olduğunu düşünmür.


Story Code: 330540

News Link :
https://www.islamtimes.org/az/fori_news/330540/avropadan-nə-xəbər

Islam Times
  https://www.islamtimes.org