0
Saturday 14 December 2013 - 14:01

Xəvaricilər özləri haqqında mesajlarını verməyə başlayıb

Story Code : 330543
Xəvaricilər özləri haqqında mesajlarını verməyə başlayıb
Xəvaricilər özləri haqqında mesajlarını verməyə başlayıb
Bir neçə gün əvvəl Təzə Pir məscid kompleksinin giriş qapısının Mustafa Sübhi adını daşıyan küçəyə açılmasından narahatlıq keçirən QMİ sədrinin Bakı şəhər İcra hakimiyyətinə müraciət barədə bəhs etmişdik.

Şeyx arzu edirdi ki, kommunist inqilabçının adını daşıyan küçəyə xeyriyyəçi və dindar Nabat xanım Aşurbəyovanın adı verilsin.

Həmin müraciətə Bakı şəhər İH verdiyi cavabda iddia etmişdi ki, bu onların səlahiyyətində deyil, ancaq bir gün sonra prezident İlham Əliyevin tövsiyyəsindən sonra küçənin adını elə şəhər meriyası dəyişib Şeyxin arzusunu yerinə yetirdi.

Bu hal bir daha göstərir ki, Azərbaycan qanunlarla yox, vəzifəli adamların keyfi və təzyiqləri ilə idarə olunur. İntəhası bu dəfə müsbətə doğru bu təzyiq baş verdi. Ancaq həmişə bu cür müsbətlərdən daha çox müsibətlərlə üzləşir dini icmalar və elə dekabrın 11-də Sumqayıtda baş verən hadisələr bir daha göstərir ki, dini zəmində Azərbaycanda vəziyyət heç də deyildiyi kimi sabit deyil.

Sumqayıtda iki sələfi qrup arasında yaranan mübahisə sonradan silahlı insidentlə nəticələnib və 5 nəfəri məsuliyyətə cəlb edən hüquq mühafizə orqanlarının mətbuatda yaydığı məlumatlarda bu barədə səthi toxunulub.

Deyilənlərdən belə çıxır ki, Azərbaycanda mövcud olan sələfilər arasında xəvaricilər qrupu meydana gəlib və onlar öz fəallıqlarını nümayiş etdirməkdədirlər. İndidən demək olmaz ki, Azərbaycan xəvariciləri xarici dairələrdən ciddi maddi və mənəvi dəstək alır, çünki Azərbaycan Rusiya deyil ki, Qətərin və ya Səudiyyənin birbaşa hədəfində olsun. Bununla belə yerli xəvaricilərin fəallığı, mübarizəsi həmin xaricilərin diqqətini nə zamansa cəlb edə biləcəyinə şübhə də etmək olmaz.

Əgər xəvaricilər böyük və iddialı bir qüvvəyə çevirilərlərsə o zaman Azərbaycanda sabitlikdən danışmağa belə dəyməz. Onu da əlavə etmək olar ki, Rusiyaının hüquq mühafizə orqanlarından fərqli olaraq Azərbaycan polisi vəhhabilərlə mübarizədə böyük təcrübəyə malik deyil, burdakı xəvaricilərin isə Şimali Qafqazdakı ideoloji qardaşları ilə sıx əlaqələrinin olması, onlardan hər cür dəstək o cümlədən silah əldə etmələrini isə istintaq orqanlarının apardığı təhqiqatlarda da görmək olar.

Sumqayıt hadisəsi birinci olmasa da xəvaricilərin Azərbaycanda törətmək niyyətində olduqları “cihad”ın başlanğıcı kimi baxmaq da olar, bu bəlanın qarşısı düşünülmüş şəkildə vaxtında alınmasa gələcəkdə ciddi problemlərlə üzləşən təkcə şiə müsəlmanları olmayaycaq, həm də dünyəvi cəmiyyət olacaq.
Source : Islamtimes
Comment