0
Tuesday 3 August 2010 - 08:57

İsrail Obamaya icazə verəcəkmi?

Story Code : 33087
İsrail Obamaya icazə verəcəkmi?
İsrail Obamaya icazə verəcəkmi?
İsrailin ən ağır cinayətlərinə haqq qazandıran Ağ Evin özünə də bəzən Tel-Əvivdən göstəriş verildiyi nəzərə çarpır.
Bu qara birliyin prioritet hədəflərindən biri də İrandır. Hazırda dünya düzənində ABŞ, Qərb və İsrailin siyasətlərini əngəlləyən ən böyük güc İrandır. Elə bu səbəbdən də min bir bəhanə ilə İrana qarşı sanksiyalar tətbiq edilir, Tehran müharibə ilə hədələnir.
Ötən gün Tehranda xaricdə yaşayan iranlılarla görüşən president Əhmədinejad bir sıra nöqtələrə aydınlıq gətirib. İİR-nin prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti iclasında ABŞ prezidenti Barak Obama ilə qarşı-qarşıya müzakirələrə hazırlığını bildirib.
Mahmud Əhmədinejad Obamanın son zamanlar yüksək səviyyədə müzakirələrə hazırlıq elan etməsini bəyan edib. Əhmədinejad deyib: “Biz müzakirə tərəfdarıyıq. BMT-nın Baş Assambleyasının növbəti iclası haşiyəsində KİV-in iştirakı ilə Obama ilə üz-üzə dünya məsələləri haqda müzakirələrə hazıram . Beləcə kimin təklif etdiyi həll yolunun daha yaxşı olduğu aydınlaşar.
Mahmud Əhmədinejad İranın Obamanın seçki kompaniyası zamanı söylədiyi “Dəyişiklik” şüarını müsbət qarşıladığını vurğulayıb:” Təəssüflər olsun ki , Obama bu tarixi fürsətdən istifadə etmədi və öz hesablamalarında Sionist rejimə çox önəm verdi.”
Əhmədinejad sionist rejimi sərvət və medianı qəsb etmiş qrup adlandırıb və Obamadan Sionist rejimi buraxıb xalqlara üz tutmasını istəyib.
Əhmədinejad deyib: “Bu günədək məlum deyil ki , Amerika Sionist rejimin istilası altındadır, yoxsa Sionist rejim Amerikanın istilası altında ?!”
İran prezidenti ABŞ-ın İraq və Əfqanıstan nümunəsində silaha əl atmasını onun gücsüzlüyünü, məntiqsizliyini göstərdiyini qeyd edib.
Xaricində yaşayan iranlılar qarşısında çıxış edən Mahmud Əhmədinejad rəsmi Tehranın sülhsevər nüvə fəaliyyətlərini davam etdirəcəyini və sanksiyaların İrana təsirsiz ötüşəcəyini bildirib.
Qalır bir məsələ: Obama Əhmədinejadın çağırışına nə cavab verəcək? Ağıla gələn ilk sual burur: İsrail Obamaya icazə verəcəkmi?
HaqqYolu
Comment