0
Monday 16 December 2013 - 15:32

Davudoğlunun təklifinin Qarabağa nə aidiyyatı?

Story Code : 331159
Davudoğlunun təklifinin Qarabağa nə aidiyyatı?
Davudoğlunun təklifinin Qarabağa nə aidiyyatı?
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də Ermənistana səfəri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısına qatılmaqla bağlı oldu.

Yerigəlmişkən həmin toplantıda Azərabaycan XİN şöbə müdiri səviyyəsində təmsil olunur. Ancaq həm Türkiyə mətbuatdında həm də Azərbaycan mətbuatında Davudoğlunun səfəri daha çox Türkiyənin Ermənistana təklif aparmaq kontekstində müzairə olunur.

Təklif isə ondan ibarətdir ki, Ermənistan işğal etdiyi və Dağlıq Qarabağa aid olmayan 7 rayondan ikisini işğaldan azad edir və bunun qarşılığında Türkiyə də Ermənistanla sərhədləri açır. Ermənistanın xarici işlər naziri Nalbandyan isə verdiyi açıqlamada bəyan etdi ki, sərhəd açılımı qeyri şərtsiz həyata keçirilməlidir və verdiyi bu bəyanatla Ermənistan Türkiyəyə “Qarabağ məsələsinə qarışma” mesajı vermiş oldu.

Davudoğlu Yeravanda etiraz aksiyası ilə qarşılandı və protest edən ermənilər türk nazirinin səfərinə qarşı idi. Əlbəttə bu cür etiraz aksiyasının elə Sarkisyan hakimiyyətinin özü tərəfindən hazırlanmasına da heç kim şübhə etmir.

Elə Azərbaycan cəmiyyətində də Davudoğlunun təklifi birmənalı qarşılanmayıb, buna qarşı bir təpki də nümayiş etdirildi, azərbaycanlıları narahat edən Türkiyənin Azərbaycanın maraqlarını nəzərə almamaq kimi ittihamlar meydana gəldi. Bilirsiniz ki, əvvəlki hakimiyyətlərin dövründə və elə AKP hakimiyyəti zamanında da Türkiyə Ermənistanla sərhədlərin açılmasını yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra mümkün ola biləcəyini vurğulayıb.

Məsələnin maraqlı tərəfi bir qədər başqa şeydədir. ABŞ daima Türkiyəyə təzyiq edir ki, Ermənistanla sərhədləri açsın, Vaşinqton bununla Ermənistanın Türkiyə ilə iqtisadi əlaqələrinin inkişafını təmin edib, bu ölkənin Rusiyanın təsir dairəsindən çıxacağına ümid edir. Ya da Türkiyə ilə iqtisadi əlaqələri olan Ermənistanın Rusiyadan asıllığının azalmasına ən azı start veriləcəyini düşünür. Burda ABŞ qismən haqlıdır.

Davudoğlu da ABŞ-la dirənməmək üçün belə bir təklifi irəli sürüb. Mövzu ilə bağlı müzakirələrdə iştirak edən azərbaycanlı ekspertlər bir suala cavab tapa bilmirlər, o da budur ki, Davudoğlunun bu təklifi Ermənistana apararkən optimizmi nəyə əsaslanıb?

Ekspertlər haqlı olaraq iddia edir ki, Ermənistan hakimiyyəti tamamilə Rusiyadan aslı dövlətdir, xarici siyasətinin rəsmi Moskvanın təlimatları əsasında qurur, xüsusilə də Qarabağ münaqişəsində ümumiyyətlə Ermənistanın heç bir iradəsi belə yoxdur. Belə olduqda Davudoğlunun münaqişə ilə bağlı Ermənistana təklif aparması əlbəttə azərbaycanlı ekspertlər üçün də anlaşılan deyil.

Vəziyyəti elə türk diplomatı da anlayır, ekspertlərin də sualının cavabı budur ki, ABŞ Türkiyəyə sərhəd açılımını sürətləndirməyi üçün təzyiq edir, Türkiyə də öz növbəsində Ermənistana elə təkliflər edir ki, onlar bununla razı olmadıqlarını bəyan etsin və nəticədə türklər şəraitin məsuliyyətini Ermənistana aid olduğunu sübut etmiş olsun.

Türkiyənin ABŞ-a “biz kompromissə gedərək təklif etdik, Ermənistan rədd etdi ” deməsi, rəsmi Vaşinqtonun Türkiyəyə olan təzyiqlərin bir müddət səngiməsinə də səbəb olacaq. Burdan da belə çıxarı ki, Davudoğlunun Nalbandyanla görüşündə irəli sürdüyü təklif heç də Qarabağ münaqişəsi üçün hesablanmış addım deyil, sadəcə olaraq Türkiyə ilə ABŞ arasındakı diplomatik əlaqələr üçün istifadə olunan kartlardan biridir.
Source : Islamtimes
Comment