QR CodeQR Code

Ukraynadakı etirazlara Azərbaycandan dəstək var

Islamtimes , 15 Dec 2013 17:41

İslamtimes - Verilən xəbərlərə görə isə dekabrın 15-də Müsavat partiyasının Başqanı Isa Qəmbər avrointeqrasiya tərəfdarlarının aksiyalarına dəstək vermək üçün Kiyevə gedəcək, ola bilər orda Maydanda çıxış da etsin.


Ukraynada “Avromaydan” hərəkatı davam etməkdədir, avrointeqrasiya tərəfdarlarının müqaviməti nəticəsində prezident Yanukoviçin eks prezidentlərlə keçirdiyi görüş də nəticə vermədi, müxalifət Yanukoviçin istefasında israrlıdır.

Ukrayna hadisələrində meydana çıxan təkcə ukraynalılar deyil, həm da avropadan və keçmiş sovet ölkələrindən avrointeqrasiyaya dəstək vermək üçün gələn fəallardır. Bu müddət ərzində Azərbaycandan da Ukrayna vətəndaşlarının etiraz aksiyalarına dəstək vermək üçün ictimai fəallar, jurnalistlər, hüquq müdafiəçiləri gedib, aksiyada iştirak edib.

Verilən xəbərlərə görə isə dekabrın 15-də Müsavat partiyasının Başqanı Isa Qəmbər avrointeqrasiya tərəfdarlarının aksiyalarına dəstək vermək üçün Kiyevə gedəcək, ola bilər orda Maydanda çıxış da etsin.

Elə həmin günü də Milli Şura Məhsul stadionunda qiymətlərin qalxması ilə bağlı etiraz aksiyası keçirəcək. İsa Qəmbərin Bakıdakı mitinqə qatılmadan Kiyevə getməsinin başqa səbəbləri də ola bilər.


Story Code: 331233

News Link :
https://www.islamtimes.org/az/fori_news/331233/ukraynadakı-etirazlara-azərbaycandan-dəstək-var

Islam Times
  https://www.islamtimes.org