0
Sunday 15 December 2013 - 17:41

Ukraynadakı etirazlara Azərbaycandan dəstək var

Story Code : 331233
Ukraynadakı etirazlara Azərbaycandan dəstək var
Ukraynadakı etirazlara Azərbaycandan dəstək var
Ukraynada “Avromaydan” hərəkatı davam etməkdədir, avrointeqrasiya tərəfdarlarının müqaviməti nəticəsində prezident Yanukoviçin eks prezidentlərlə keçirdiyi görüş də nəticə vermədi, müxalifət Yanukoviçin istefasında israrlıdır.

Ukrayna hadisələrində meydana çıxan təkcə ukraynalılar deyil, həm da avropadan və keçmiş sovet ölkələrindən avrointeqrasiyaya dəstək vermək üçün gələn fəallardır. Bu müddət ərzində Azərbaycandan da Ukrayna vətəndaşlarının etiraz aksiyalarına dəstək vermək üçün ictimai fəallar, jurnalistlər, hüquq müdafiəçiləri gedib, aksiyada iştirak edib.

Verilən xəbərlərə görə isə dekabrın 15-də Müsavat partiyasının Başqanı Isa Qəmbər avrointeqrasiya tərəfdarlarının aksiyalarına dəstək vermək üçün Kiyevə gedəcək, ola bilər orda Maydanda çıxış da etsin.

Elə həmin günü də Milli Şura Məhsul stadionunda qiymətlərin qalxması ilə bağlı etiraz aksiyası keçirəcək. İsa Qəmbərin Bakıdakı mitinqə qatılmadan Kiyevə getməsinin başqa səbəbləri də ola bilər.
Source : Islamtimes
Comment