0
Monday 16 December 2013 - 23:48

Fədəkar və vətənpərvər dindarların əzmkarlığı

Story Code : 331357
Fədəkar və vətənpərvər dindarların əzmkarlığı
Fədəkar və vətənpərvər dindarların əzmkarlığı
Azərbaycan dindarlarının haqq, ədalət, namus üstündə apardıqları mübarizədə qarşılaşdıqları represiya dalğasının daha da artmasını görürük.

Dekabrın 9-da, haqqında 10 il azdlıqdan məhrumetmə cəzası çıxarılan dindar jurnalist Nicat Əliyevin vəkili Yalçın İmvanov mətbuata verdiyi açıqlamasında qeyd edib ki, məhkəmənin çıxartdığı qərarı hələ də ala bilmirlər, baxmayaraq ki, qanuna görə qərar həmin günü vəkilə verilməli idi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı vəkil təqdim etməməsi qanunsuz olduğu kimi konkret məqsəd də daşıyır. Burda məqsəd Nicat Əliyevin appelyasiya şikayəti və növbəti məhkəmə instansiyalarına müraciət etməsinin qarşısını almaqdır. Ancaq qanuna görə belə hərəkətlər yol verilməzdir, di gəl məhkəmə belə hesab edir ki, söhbət dindar məhbusdan gedirsə onda onun bütün hüquqlarını pozmaq olar.

Bu arada Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Təbriz şəhərində Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı İranda keçirdikləri tədbirlər barəsində mətbuata məlumat veriblər.

Bu tədbirlərin hələ bir neçə ay baş tutacağı barədə xəbərlər yayılmışdı, ancaq əliyev rejiminin müdaxiləsi ilə təxirə salındı. Bu günlərdə isə baş tutdu.

Verilən məlumatlara görə Akif Nağı və Rövşən Əhmədli İranda bir sıra ictimai fəallar, alimlər və jurnalistlərə keçirdikləri görüşlərdə, konfranslarda Qarabağ həqiqətlərini müzakirə ediblər.

Görüşlər barədə mətbuatdan məlumatları əldə edə bilərsiniz. Oxucularımız üçün maraqlı olan məqamların şərhinə baxdıqda burda birinci onu qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin həllində, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və dünya ictimaiyyətinin bu konfliktlə bağlı Azərbaycanın mövqeyinin dəstək qazanması vacib haldır. Ancaq əliyev rejiminin bu məsələdə maraqlı olmasını birmənalı demək olmaz

Düzdür, qərb dünyasında,
Rusiyada Qarabağ həqiqətləri ilə bağlı Azərbaycan hakimiyyəti bir çox tədbirlər keçirir, İranda isə bu məsələ ilə bağlı demək olar heç bir addım atmır. Indi bu addımı dindar fəallar edirsə hakimiyyəti qıcıqlanır.

Hakimiyyəti qıcıqlandıran iki səbəb var. Birincisi, Qarabağla bağlı İrandan dəstək alınması hakimiyyətin nəinki marağında deyil, ümumiyyətlə qəti şəkildə əleyhinədir. Çünki əliyev rejiminin amerikalı patronları belə məsləhət görür.

İkincisi də, dindarlar hansısa bir addım atırsa, hələ də ümummilli problemlə bağlı hakimiyyət bu təbəqəyə aşırı nifrət etdiyindən buna qıcıqlanır.

İran səfərində, Akif Nağının da iştirakı ola bilər hakimiyyətin qəzəbini bir qədər neytrallaşdıra bilərdi, ancaq onların səfər etdiyi ölkəni nəzərə alsaq bunu gözləməyə dəyməz.

İkinci bir məqam ondan ibarətdir ki, İrana qarşı Azərbaycan hakimiyyətinin bütün həqarət, təhqir, alçaldıcı siyasətinə rəğmən hələ də İslam Respublikasında yaşayan müsəlman qardaşlarımız Azərbaycanın dərdini unutmur, Qarabağın Azərbaycan torpaqları kimi tanıyır, bu işğalı pisləyir, Qarabağın azadlığı üçün canlarından belə keçməyə hazır olduqlarına hazırdır.

Üçüncü məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ Ermənistan Azərbaycan münaqişəsində İranın vasitəçilik missiyasına nəzər salına bilər. Düzdür, əliyev rejimi İranın vasitəçiliyini qəti şəkildə rədd edir, bu baxımdan dindar fəalların İrandan keçirdikləri konfransla cəmiyyətə bu mesaj da verilir ki, Qarabağ münaqişəsində İranın vasitəçiliyi Azərbaycan üçün faydalı olardı. Ən azı ona görə ki, İran Qarabağı Azərbaycanın işğal altında olan ərazisi kimi tanıyır, bu ölkədə yaşayan müsəlman qardaşları Qarabağın azad olunması üçün silaha da sarılmağa hazırdır. Belə olduğu halda hansı səbəblə əliyev rejiminin İranın Qarabağla bağlı vasitəçiliyini qəbul etməməsi heç cür milli maraqlara cavab verən siyasət adlandırmaq olmaz.
Source : Islamtimes
Comment