0
Thursday 19 December 2013 - 08:54

Guardian: Ərdoğan natiqlik edir, dinləmir

Story Code : 332067
Guardian: Ərdoğan natiqlik edir, dinləmir
Guardian: Ərdoğan natiqlik edir, dinləmir
Yazıda Ərəb Baharını təqib edən müxtəlif məyusluqların yaşandığı, buna qarşı Türkiyənin hər zaman Yaxın Şərqin daxilindəki və xaricindəki liberalların gözündə İslam və demokratiyanın bir yerdə yaşaya biləcəyinin canlı dəlili olaraq görüldüyü dilə gətirilir.
“Ancaq son dövrdə bu ölkədə yaşananlar hələ də bu qanunun etibarlı olub-olmadığının nəzərdən keçirilməsini tələb edir”.
“Türkiyədəki nizamın sərt üzünün” İstanbuldakı Gəzi Parkı etirazlarının yatırılması zamanı bütün dünya tərəfindən görüldüyünü ifadə edən qəzet “Baş nazir Rəcəb Tayyib Ərdoğan bir parkın qorunması və şəhər planlamasıyla əlaqədar bir nümayişi öz rəhbərlik şəklinə qarşı, ölkə səviyyəsində milyonların qatıldığı bir etiraza çevirdi. Bu böhran müddətində Ərdoğanın istifadə etdiyi sözlər Baş nazirin nə müxaliflərinin fikirlərini anlamaq, nə də onlara hörmət göstərmək istəmədiyini ortaya qoydu” yazır.
Sükunəti təmin etmək vəzifəsinin Ədalət və İnkişaf Partiyası içərisindəki “daha mülayim və siyasi daha həssas” adlara qaldığını yazan Guardian “Buna qarşı gənc əhalinin əhəmiyyətli bir hissəsini Ərdoğan asan bir şəkildə qazana bilməyəcək” açıqlayır.

İnkişaf və yeni Türkiyə

Qəzet AKP-nin 2002-ci ildə iqtidara gəlməsindən bu yana bir çox dəyişimlərin yazıldığını və Gəzi Parkı hadisələrindən sonra bu dəyişmələrin nəzərdən keçirilməsinin zərurətini ortaya qoyduğu fikrini müdafiə edir.
“2002- seçkilərində bəzi çox gözəl inkişaflar oldu” deyən qəzet bunlar arasında Kemalist azlıqlara və orduya “yerlərinin bildirilməsi”, iqtisadiyyatın inkişafı, kürd azlıqlarla sülhün təmin edilməsi üçün addımların atılmasını sıralayır.
Bütün bunların bir “liberallaşma işarəsi” kimi görüldüyünü yazan Guardian bütün bunlara baxmayaraq, bunların edilmə şəklinin bəzən tam tərsi bir vəziyyətə işarə etdiyini də ifadə edir.
Qəzet yazdılarına nümunə olaraq bunları yazır: “Keçmiş dünyəvi elit bürokratiyadan, nazirliklərdən sürgün olundu. Ordu çevriliş təşəbbüsləriylə əlaqədar istintaqlara cəlb edildi, dəlillər az idi, amma buna baxmayaraq bir çox əsgər və jurnalist həbsə məhkum oldu, bəziləri ömürlük həbs cəzası aldı. İqtisadi inkişaf ətraf mühitə, ya da evlərindən çıxarılanlara hörmət göstərməyən şəhər salma proyektləriylə dəstəkləndi”.
AKP-nin son olaraq Xidmət, yəni Gülən camaatını hədəf aldığını yazan Guardian bunun bəlkə də önümüzdəki seçkilərdə Gülən camaatın səslərinin müxalifətə sürüşməsiylə tarazlıqların dəyişməsi ehtimalından qaynaqlanmış ola biləcəyini söyləyir.

Guardian yazısını bu fikirlərlə sona çatdırır:
“Bu vaxt Ərdoğan xalqa nə yemələri lazım olduğundan (kəpək çörəyi) ailə planlamasına (hər cüt üç uşaq sahibi olmalı) qədər hər mövzuda dərs verməyi davam etdirir. Əgər bacara bilsə, daha az qoçuluq etməli və xalqı daha çox dinləməlidir... Onun hakimiyyətdə olduğu illərdə ortaya yeni bir Türkiyə çıxdı. İndi həm özü, həm də partiyası yaradılmasına kömək olduqları bu vəziyyətdə yaşamağı öyrənmək məcburiyyətindədir”.

İslamtimesın tərcümə şöbəsi
Source : İslamtimes
Comment