QR CodeQR Code

Anar Məmmədli ilə bağlı təpkilər

Islamtimes , 20 Dec 2013 00:19

İslamtimes - Anar Məmmədli haqqında hakimiyyətin qəbul etdiyi qərarın dəyişəcəyini düşünmək üçün əsas yoxdur .


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı dünya ictimaiyyətindən gələn reaksiyaları təxmin etmişdik.

Bəyanat verən beynəlxalq təşkilatların demək olar hamısı qərb təsisatlarıdır və hamısı birmənalı şəkildə Anar Məmmədlinin həbsini pisləyir və onun azadlığa buraxılmasını hakimiyyətdən tələb edir.

Hakimiyyət isə öz növbəsində həbs olunan QHT sədri haqqında daha hansı ittihamları əlavə etməsini düşünür. Çünki ilk ittihamlar hüquqşünaslar arasında xeyli mübahisə doğrudu.

Anar Məmmədli haqqında hakimiyyətin qəbul etdiyi qərarın dəyişəcəyini düşünmək üçün əsas yoxdur, baxmayaraq ki, dünya ictimaiyyəti ilə İlham Əliyev hakimiyyət daha bir mövzuda üzə üzə gəlməli olacaq.


Story Code: 332377

News Link :
https://www.islamtimes.org/az/fori_news/332377/anar-məmmədli-ilə-bağlı-təpkilər

Islam Times
  https://www.islamtimes.org