0
Thursday 26 December 2013 - 22:05

Acizlik bəlası

Story Code : 334593
Acizlik bəlası
Acizlik bəlası
Ötən gün mətbutda Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehpalıyevin II qrup Qarabağ əlili Zaur Həsənovun əlindən torpaq sahəsinin alındığı üçün qarabağ qazisinin özünü Səttar Mehpalıyevin ofisinin qarşısında yandırması haqqında məlumatlar və video yerləşdirilib.

Mövzuya mətbuat geniş yer ayırdı, məsələni aydınlaşdırdı, məlum oldu ki, həmişəki kimi əliyev rejiminin quduz məmurları sadə vətəndaşların əlindən hər şeyini alır və sadə vətəndaşlar da əliyev rejiminə müharibə etmək əvəzinə intihara əl atır.

İntihara Qarabağda Azərbaycanın ərazi bütövlüyü üçün canını verən, əlil olan döyüşçü edirsə deməli vəziyyət bizim yazdığımızdan daha betərdir, daha pisdir. İnsanlar çox aciz və naəlac durumdadır. Bu cür vəziyyətin davam etməsi sadə adamlarda İlham Əliyevə Allahın da gücünün çatmaması qənaətini yaradır.
Source : Islamtimes
Comment