0
Thursday 26 December 2013 - 23:49

Anar Məmmədli müraciət ünvanladı

Story Code : 334623
Anar Məmmədli müraciət ünvanladı
Anar Məmmədli müraciət ünvanladı
Bu günlərdə Azərbaycan hakimiyətinin represiyasının qurbanı olan gənclərin, siyasətçilərin, ictimai fəalların məhkəmə prosesləri davam edir.

Həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdən bəlli olur ki, Anar Məmmədli özünü təqsirli bilmir, həbsini rəhbərlik etdiyi təşkilatın seçki saxtakarlıqlarını üzə çıxartdığı, seçki müşahidələri ilə bağlı hazırladığı hesabatları beynəlxalq təşkilatlara göndərdiyi üçün, saxta ittihamlarla əlaqələndirir.

Müraciətində Anar Məmmədli cəmiyyəti bir daha əmin edir ki, ödəməli olduğu heç bir vergi öhdəliyi yoxdur, ittihamlar saxtadır.

SMDTM rəhbəri hələ təzəliklə həbs olunan zaman ekspertlər qeyd etmişdilər ki, Anar Məmmədliyə qarşı vergi ittihamları sadəcə olaraq absurddur, heç bir hüquqi əsası yoxdur.

Anar Məmmədlinin vergi ödəmək öhdəliyi yaranmadığı üçün ondan verginin niyə ödənilməməsini soruşmaq belə cəfəngiyatdır. Bir həftə keçməsinə baxmayaraq hakimiyyət Anar Məmmədliyə qarşı ittihamı dəyişməyib və ya əlavə etməyib ancaq bu gözlənlir, çünki bu cür absurd ittihamlarla adamı həbsdə saxlamağa yəqin heç əliyev rejimi də getməz, ancaq yenə də bilmək olmaz.

Bundan başqa hakimiyyət əlavə ittihamlara əl atarsa özünü də pis vəziyyətdə qoyacaq, çünki sual yarana bilər ki, bu ittihamlar nə üçün əvvəldən bəyan edilməyib? Vergi ilə bağlı ittihamın bir zəif tərəfi də budur ki, adətən belə hallarda həbs qətimkan tədbiri seçilmir, təqsirləndirilən şəxsə büdcəyə olan borcunu ödəməsi üçün xəbərdarlıqlar edilir, bu pul vəsaiti ondan tələb olunur və həmin şəxs azadlıqda saxlanılır ki, vergi pullarını ödəsin. Ancaq Anar Məmmədlini həbs etməklə artıq hakimiyyət özünü çətin vəziyyətə salmış olub.

Beynəlxalq təşkilatlar Anar Məmmədlinin azadlığa buraxılmasını Əliyevdən tələb edir. Amnesty İnternational artıq Anar Məmmədlini vijdan məhbusu elan edib. Hakimiyyət Anar Məmmədlini azadlığa buraxmazsa Əliyev hakimiyyətinin vəziyyəti bir qədər də pisləşə bilər dünya ictimaiyyətinin nəzərində.
Source : Islamtimes
Comment