0
Saturday 4 January 2014 - 21:48

Fitnə öz işindədir

Story Code : 337607
Fitnə öz işindədir
Fitnə öz işindədir
Yeni il ərəfəsində Azərbaycan İslam Partiyasının rəhbərliyinin Peyğəmbərin (S.Ə.S) vəfatı və İmam Həsən(ə)in şəhadəti ilə bağlı Yeni il şənliyinin keçirilməməsi ilə bağlı cəmiyyətə ünvanladığı bəyanatından fitnəkar qüvvələrin öz çirkin məqsədləri üçün istifadə edəcəklərini təxmin etmişdik.

Bilirdik ki, əliyev rejiminə xidmət edən qüvvələr bundan bir qərəz düzəldəcək və ya ən azı buna cəhd edəcəklər. Təxminimiz özünü doğrultdu. Əliyev rejimi, 10 milyon manat xalqın pulunu xərcləyərək ölkəboyu hər addımbaşı yolka qurdu və əyləncələr təşkil etdi, təkcə Bakıda Azadlıq meydanında 36 metrlik yolkadan başqa onlarla yolka qurulmuş, restoranlar, əyləncə mərkəzləri və gecə klublarında isə adam əlindən tərpənmək mümkün deyildi. O da məlumdur ki, qurulan yolkaların hamısı sünii yolka, üzərindəki əşyalar isə tezalışan maddədən hazırlanmış bəzək oyuncaqlarıdır.

Əliyev rejiminə xidmət edən Eynulla Fətullayevin sahibi olduğu saytın xarici mətbuat orqanına istinadən verdiyi xəbərə görə dekabrın 31-də Bakıda qurulan yolkalardan biri, “Azərbaycan” kinoteatrının qarşısında qurulmuş yolka islamçılar tərəfindən yandırılıb.

Adı qeyd olunan həmin xarici mənbənin xəbərlərini araşdırdıqda isə belə bir məlumata rast gəlmədik, bu da onu göstərir ki, sayt həmin xəbəri özü yayıbmış, sadəcə olaraq məsuliyyəti xarici mətbuatın üzərinə qoymaq istəyib.

Düzdür, əliyev rejiminin xidmətçilərinin fitnəli cəhdi arzuladıqları əks sədanı vermədi, cəhdləri boşa çıxdı, ancaq qərəzlərini də gizlədə bilmədi.

Onu qeyd etmək lazımdır ki, AİP rəhbərliyinin məlum və haqqı deyən bəyanatı olmasaydı əliyev rejiminin xidmətçilərinin də belə bir fitnəyə cəhdi olmayacaqdı. Çünki bu zaman qədər bu tip məlumatlara heç zaman heç bir mətbuat orqanında rast gəlinməyib.

Bundan başqa, yolka üzərində tezalışan oyuncaqlarla elektrik lampaları bir birinə yapşıq şəkildə qurulur, elektrik səbəbindən yanan bir yolkanı qərəzlə, islamçıların yandırmasını yalan bir şəkildə iddia etmək kimin dəyirmanına su tökür? Ola bilər ümumiyyətlə heç yolka yanmayıb belə. Ancaq qərəzin ortada olması bir faktdır.

Xəbərin bu tərzdə yayımlanmasında əliyev rejiminin bir hədəfi də budur ki, şiə müsəlmanlarını sələfilərlə birləşərək dünyəvi cəmiyyətə qarşı qoymaq istəyi var. Onlar bu istəklərini həyata keçirmək üçün hələ çox fitnələrə əl atacaqlar, bəlkə də əliyev rejimi istədiyinə çatdı, çünki bu zamana qədər müsəlmanlarla bağlı qurduğu bütün məkirli böyük planlarının demək olar hamısında uğur əldə edib.
Source : Islamtimes
Comment