0
Wednesday 8 January 2014 - 07:53

Yenə Suriya xəbərləri

Story Code : 338719
Yenə Suriya xəbərləri
Yenə Suriya xəbərləri
Yeni ilin ilk günlərində ya məlumat qıtlığındanmı, ya da mövzuya olan maraqdanmı Azərbayan mətbuatında bir daha Suriyada döyüşən vəhabilər haqqında xəbərlər yayılmağa başladı.

Birinci gələn xəbərə görə Namiq Əsgərov və Azəri Seyfullahın öldürülməsi, şəkilləri sosial şəbəkələrdə və mətbuatda yayıldı. Daha sonra yayılan xəbərə görə Dövlət Neft Şirkəti – SOCAR-ın avtomobilinin vəhabilər tərəfindən ələ keçirilməsi məlum oldu.

Həmin xəbəri SOCAR rəsmiləri təkzib edərək bildirdilər ki, bu informasiya həqiqətə uyğun deyil. Burda üst üstə düşən maraqlı bir məqam var. Ölən azərbaycanlı vəhabilər Suriyaya gedərkən başlanğıc dövrlərdə başqa qruplaşmalar kimi Şimali Qafqaz döyüşçülərinin tərkibində vuruşurdu, sonrakı zamanlarda isə onlar arasında Suriyada talan etdikləri və sonradan dəyər dəyməzə satdıqları neft məhsullarına görə ixtilaf düşdü.

Azərbaycanlı vəhabiləri işlərdən kənarlaşdıran çeçen döyüşçüləri oldu, türk hərbiçiləri, təlimatçıları da buna göz yumdu, həmin neft məhsulları isə əsasən Türkiyəyə daşınırdı. Belə olduğu halda çox sayda azərbaycanlı vəhabilərə Əl-Nusra Cəbhəsi sahib çıxdı. Bu da Suryada döyüşən ən böyük terror təşkilatıdır.

SOCAR-ın maşınları isə türklərlə birlikdə talanan Suriya neftini Türkiyəyə daşımaqla məşğul olurdular, inciyən, küsən azərbaycanlı vəhabilər də SOCAR-ın maşınlarından birini ələ keçirir. Başqa sözlə belə demək olar ki, bu elə vəhabilər arasında daxili ixtilafın bir təzahürüdür.

İntəhası burda başqa bir məsələ odur ki, SOCAR hansı haqla vəhabilər tərəfindən Suriyada talanan neftin oğurlanmasında iştirak edir? Şirkətin verdiyi bəyanatdakı təkzib çox gülməlidir, onlar iddia edir ki, bu maşın şirkətə aid deyil və bunu loqotipdəki “O” hərgindən də görmək olar. Çox cəfəng bir təkzibdir.

Loqotipdə “O” hərfinin pozulmasının min səbəbi ola bilər, bundan başqa həmin maşının başqa parametrləri var ki, Azərbaycan Dövlət Yol Polisində qeydiyyatdan keçib. Aydın məsələdir ki, SOCAR rəsmiləri üçün Suriyada döyəşən vəhabilər arasında yaranan ixtilafın nəticəsində şirkətin maşınlarının, texnikasının qurban getməsini etiraf etmək çətindir, ancaq həqiqəti cəfəng təkziblərlə gizlətmək də bu zamanədə asan deyil.

Biz demirik ki, SOCAR yalnız döyüşən vəhabilərə dəstək verir, bundan başqa SOCAR həm də Suriyada talan olunan neftin satılmasında iştirak edir. Əlbəttə talan etmək, oğurluq etmək, neft pullarını oğurlamaq, xalqın malını, sərvətini oğurlamaq kimi işlərdə SOCAR-ın böyük təcrübəsi olduğunu bilənlər az deyil. Ancaq SOCAR-ın bu cür çirkin işlərinin təkcə Azərbaycanda deyil həm də digər ölkələrdə, o cümlədən Suriyada baş verməsini də bilmək zamanı gəlib.

Öldürülən azərbaycanlı vəhabilərin müzakirəsində isə cəmiyyətin və hakimiyətin mövqeyində heç bir dəyişiklik yoxdur. Hər kəs elə əvvəlki kimi düşünür ki, nə qədər çox azərbaycanlı vəhabilər ölkəni tərk edib getsə, ölsə, bir daha Azərbaycana qayıtmasa bir o qədər ölkəmiz üçün xeyirli olar.

Onu da qeyd edək ki, bu cür düşüncələri əliyev rejimi cəmiyyətə təbliğ edib və yaşadır. Daha heç kəsi maraqlandırmır ki, burdan gedən azərbaycanlı vəhabilər Suriyada qanuni hökumətə qarşı vuruşur, dinc əhalini, qadınları, uşaqları, qocaları amansızlıqla qətlə yetirir.
Source : Islamtimes
Comment