0
1
comments
Wednesday 8 January 2014 - 08:00

Milli Şura dağıldı

Story Code : 338720
Milli Şura dağıldı
Milli Şura dağıldı
Bir neçə gün əvvəl Azərbaycandakı müxalifət qüvvələrinin birləşdiyi Milli Şura və bu qurumun seçkidəki namizədi Cəmil Həsənli, o cümlədən Şurada olan müxalif liderlər haqqında bir təhlillə çıxış etmişdik. Bu yazıdan sonra bəzi qardaşlarımız, bizi topa tudular ki, bəs siz nə üçün rejimə qarşı dirəniş göstərən müxalif qüvvələri tənqid edirsiniz.

Bu gün isə məlum oldu ki, onsuz da ölü bir təşkilat olan Milli Şura demək olar ki, dağıldı, Müsavat partiyası Şuranı tərk etdi və AXCP ilə ənənəvi qarşıdurmalarına yenidən start verdi.

Müsavat və AXCP qarşıdurması qarşılıqlı ittihamlarla davam etdiyi bir halda, Müsavatın Milli Şurada olmadığı bir halda kimlərsə ümid edirsə ki, bu qurum yaşayacaq səhv edir.

İndi bizi topa tutan qardaşlarımız ya gərək bizim uzaqgörənliyimizə görə bizə hücum etdikləri üçün gedib Əstəğfürullah etməlidir, ya da eyni hücumlarını Müsavat partiyasına ünvanlamalıdır ki, Milli Şuranın dağılmasına səbəb olan qərar veriblər. Ancaq cəmiyyətimiz də artıq müxalifət qüvvələrinin parçalanması kimi pis adətinə vərdiş edib və yəqin elə buna görə də xalqın müxalifətə olan etimadı qalmayıb.

Sözsüz ki, bu cür yanaşma özünü seçkidə də göstərir və bu cür davam edərsə bundan sonra da göstərəck.
Source : Islamtimes
Comment


Maraqlidir, Milli Wuraya deyen zerbelere gore Zahid Oruc ve diger werefsiz, xalqin qanini sovuran YAP-cilar da sevinir, sen de. Olmaya sen YAP-a ishleyirsen?